Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qarpızdodaq, şanakirpik, ceyrangöz...

Qarpızdodaq, şanakirpik, ceyrangöz...

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Molla Nəsrəddin:

-Ay bala, bu nədir, bu qadınların hamısı niyə bir-birinə oxşayır? Bunların dodağı-başı niyə bu gündədir? Adam qorxur...

-Ay Molla əmi, dəbdir də. Elə ki, burunların kiçildilməsi, dodaqların şişirdilməsi dəb halını aldı, eyni həkimə və kosmetoloqa müraciət edən qadınlar da bir-birinə bənzəməyə başladılar. Çünki bir həkimin, bir kosmetoloqun bacardığı iş onlarla qadının üzündə təzahür edir.

- Bismillahir-rəhmanir-rəhim. Nə danışırsan, burunların kiçildilməsi, dodaqların şişirdilməsi nə deməkdir, bu nəyə lazımdır?

- Belədir də, ay Molla əmi, biri görür burnu böyükdür, çirkin görünür, gedir həkimə, kiçiltmək istəyir. Həkim də pulunu alır, burnunu balaçalaşdırır, vəssalam. Bu, illərdir, belədir.

-Allah, nələr eşidib görəcəkmişik. Dodaqlarını niyə şişirdir bu qadınlar? Bu da vacibdir burun kimi? Bu, nəyi dəyişir, nəyə xidmət edir?

-Bu, heç nəyi dəyişmir. Sadəcə qadınlar var ki, dodaqlarının böyük görünməsini istəyirlər. Onlara elə gəlir ki, dodaqları böyük olanda cazibədar görünürlər. Bax, vallah, mən də sizin kimi bu suallara illərdir ki, cavab axtarıram, lakin hələ də tapa bilmirəm. Küçədə, mağazada, marketdə bir də baxırsan ki, neçə qadın varsa, hamısı bir-birinin bənzəridir. Dodaqlar, necə deyərlər, üç metr qabaqda, burunlar yuxarıda- ox kimi.

-Mən də gördüm. İlahi, insan da özünü bu günə salarmı? Bu boyda dodaqların nə mənası var? Axı Allah-təala məsləhət bilib bunu qaydasında-qanununda verib də...

-Yox, Molla əmi, bunu anlayan, düşünən varmı? Elə bu səbəbdən də şişmə dodaqlar dəbə düşüb və əksər qadın düşünmədən-daşınmadan qaçır kosmetoloq yanına ki, mənim dodağımı şişirt. Bu iş üçün həm də qadınlarımız heç də həmişə həkim-kosmetoloqlara deyil, adi bir gözəllik salonunda bu işlə məşğul olanlara müraciət edirlər ki, nəticə adamı dəhşətə gətirir. Bir də baxırsan ki, qarşıdan bir qadın gəlir, ağız-dodağını heç cür yığıb-yığışdıra bilmir. Vallah, adamın yazığı gəlir. Bəzi halda utandıqları, insanlardan qüsurlarını gizlətməyə çalışdıqları da gözdən yayınmır. Amma, çox təəssüf ki, iş işdən keçmişdir.

-Mən həqiqətən deməyə artıq söz tapa bilmirəm. Elə bilirdim dövrümüzdə camaat avam idi. Lakin indi görürəm ki, elə onları necə qoyub getmişiksə, eləcə də qalıblar. Dəyişən bir şey olmayıb. Onda bir başqa, indi bir başqa...

- Molla əmi, gördüyünüz bu oxşarlıq tək burun, dodaq deyil ha?

-Dahası da var niyə?

-Bəli, var. Həm də necə. İndi artıq qalıcı olaraq qaşların formaya salınması və kirpiklərin uzadılması, saçların istənilən uzunluğa çatdırılması da qadınlarımız arasında dəbə çevrilib. Bax elə bütün bunlara görə də tez-tez bir-birinə oxşar qadınlarla qarşılaşmaq olur. Burunlar, dodaqlar, qaşlar, kirpiklər, saçları... eyni olan qadınlarla. Hələ başqa əməliyyatlar da var, ancaq gərək məni bağışlayasınız, sizinlə bu barədə danışa bilmərəm.

-Niyə?

-Çünki yer ayrılar, içinə girərəm.

-Ay bala, adamın ağlı-huşu olar. Bir qadın üçün özünəməxsusluqdan gözəl nə ola bilər? Özünə məxsus burun, dodaq quruluşu, özünə məxsus saçlar, qaşlar, kirpiklər... Qadınlarımız əsrlərlə bütün bunlarla bir-birindən fərqli olmayıbmı? Bir-birindən bu gözəllikləri ilə seçilməyibmi?

-Əlbəttə, Molla əmi. Amma təəssüflər olsun ki, biz müasirləşdikcə, özümüzdən uzaqlaşırıq. Allahın verdiyi qaşları ləğv edib yerinə şahə qalxan qaş döydürürük? Püstə ağzımızı qarpıza çeviririk. Qıvrılıb yuxarı qalxan, gözlərimizə işığın düşməsini əngəlləyən kirpiklərlə gəzməli oluruq. Hələ ceyrangöz xanımları deyim ey sizə. Gedib həkimə bir ətək pul verib gözlərini dartdırırlar yana-yuxarı. Deyirlər ki, olduq ceyrangöz. Həqiqətən də ceyrangöz olurlar ha, Molla əmi. Baxırsan ki, gözlər o qədər dartılıb ki, artıq yumulmur, kirpik kirpiyin üstünə gəlmir.

-Maşallah, bərəkallah. Mən də deyirəm, o qədər yazdıq, dedik, indi çoxdan səsimizi eşidib müsəlmanlar, avamlığın daşını atıblar. Gəlib buralara baş çəkməyimə peşman oldum. O dövrdə dərd bir-iki idi. İndi sizin dərd-sərinizin sayı-hesabı yoxdur ki. Rəhmətliklər sağ olsaydı da, bu qədər cızığından çıxan insanlarla baş edə bilməzdilər. Heyf bu millətdən...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBu mövzuda digər xəbərlər:
seeBaxış sayı:191
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Yanvar 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see321

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see293

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see270

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see266

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see251

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see246

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see246

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see237

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see222

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see215

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see203

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see197

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see194

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see191

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see190

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see183

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see178

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see177

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see176

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri