Icma.az
close
up
RU
Qarpızın soyuq halda yeyilməsi də mədə üçün zərərlidir Mütəxəssis

Qarpızın soyuq halda yeyilməsi də mədə üçün zərərlidir Mütəxəssis

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Bakıda 20 yaşlı Dərya Ağayeva qarpızdan zəhərlənərək həyatını itirib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə iyunun 7-də baş verib. Onun qıcolma vəziyyətində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edildiyi bildirilib: "Dərhal xəstəyə zəruri tibbi xidmətlər göstərilib, həkimlərin səylərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb".
Məlumata görə, 20 yaşlı gənc soyuducuda olan üç gündən qalma qarpızı yeyib. Bundan bir neçə saat sonra onun vəziyyəti pisləşib. Dərya xəstəxanada vəfat edib. 
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan üçün qarpızın xarakterik mövsümü iyul ayının ortalarından başlayaraq avqust ayı hesab olunur:
“Bu müddətdə yetişilən qarpızlar daha təbii, qida dəyəri daha yüksək və eyni zamanda orqanizm üçün faydalı olur. Yaxşı olar ki, xüsusilə də həssas qrupdan olan insanlar – az yaşlılar, yaşlı şəxslər, xroniki xəstəlikləri olanlar, hamilə və süd verən qadınlar məhz təbii mövsümündə yetişən qarpızları alsınlar. Bəzən mövsümündən əvvəl satışda olan qarpızlar istixanalarda yetişdirilən və ya xarici, isti ölkələrdən gətirilən olur. Bu hallarda, əgər daşınma və saxlama zamanı kimyəvi maddələrdən çox istifadə olunmayıbsa, az miqdarda yemək olar. Amma maksimum fayda üçün yerli və mövsümündə yetişən qarpız seçilməlidir. Qarpızın əsas faydalı cəhətləri yüksək su tərkibi, A və C vitaminləri, antioksidantlarla, xüsusilə likapinlə zəngin olmasıdır. Likapin xərçəng riskini azaldır və immuniteti gücləndirir. Qarpızın kalorisi azdır, asan həzm olunur və lifli olması ilə həzm sisteminə də müsbət təsir göstərir. Həmçinin, yayda sərinləşdirici təsiri ilə də seçilir”.
Sağlam qidalanma mütəxəssisi deyib ki, istixanalarda kimyəvi maddələrlə yetişdirilən qarpızlarda nitrat miqdarı yüksək ola bilər:
“Bu, alergik reaksiyalar, həzm pozuntuları və hətta zəhərlənməyə səbəb ola bilər. Ona görə də yalnız təbii mövsümdə yetişənlərə üstünlük verilməlidir. Həddindən artıq qarpız yemək də şəkərli diabet xəstələri üçün zərərlidir.  Qarpızın soyuq halda yeyilməsi də mədə üçün zərərlidir mədə soyuqlaya və iltihablana bilər. Alarkən çox iri olmayan, parlaq qırmızı, naxışları aydın olan və günəş altında çox qalmayan qarpızlara üstünlük verilməlidir, çünki uzun müddət günəşdə qalması keyfiyyətini azalda bilər”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:655
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 İyun 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri