Icma.az
close
up
RU
Mütəxəssis: Bu, qaraciyər, böyrəklər və sinir sistemi üçün zərərlidir

Mütəxəssis: Bu, qaraciyər, böyrəklər və sinir sistemi üçün zərərlidir

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Ərzaq sənayesində istifadə olunan demək olar ki, bütün plastik qablaşdırmalar yeməkləri və içkiləri mikro və nano plastiklə çirkləndirir. Nəticələrə görə, polietilen, polipropilen, PET, polistirol, poliamid və melamin qablaşdırmalarda saxlanılan yemək və içkilərin 96%-də plastik parçacıq aşkarlanıb. Marqarita pizza Alimlər qeyd edib ki, mikroplastik içkilərə əsasən plastik qapaq açılarkən və çay paketləri dəmlənərkən, yeməklərə isə plastik doğrama taxtalarında kəsilərkən keçir.
Sağlam qidalanma üzrə mütəxəssis Güldanə Qasımlı Demokrat.az-a açıqlama verib. 
O deyib ki,  ərzaq məhsullarında mikro və nanoplastiklərin olması ciddi və narahatlıq doğuran qlobal sağlamlıq problemidir:
“Bu parçacıqlar bədənə əsasən yemək, içki və hətta nəfəs yolu ilə daxil olur. Mikroplastiklər toxumalara çata və hüceyrələrə daxil ola bilər. Bu isə xroniki iltihab, oksidativ stress və toxuma zədələnməsinə səbəb ola bilər. Bəzi plastiklərdən ayrılan kimyəvi maddələr endokrin sisteminə mənfi təsir göstərir. Bu, sonsuzluq, döş və prostat xərçəngi riskini artıra bilər. Mikroplastiklərin həzm sistemi ilə qəbul olunması bağırsaq florasının tarazlığını pozur, bu isə immunitet zəifliyi, qidaların pis sorulması, hətta psixoloji problemlərə səbəb ola bilər”. 
Mütəxəssis əlavə edib ki, plastiklər, həmçinin ətraf mühitdəki ağır metalları və zərərli toksinləri öz səthində toplayaraq orqanizmə daşıya bilər:
“Bu, qaraciyər, böyrəklər və sinir sistemi üçün zərərlidir. Hamiləlik zamanı mikroplastiklərin plasentadan keçdiyi sübut olunub. Bu, uşağın inkişafına, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. Qidaları şüşə, keramik və ya paslanmayan poladdan olan qabda saxlamaq lazımdır. Mikroplastiklər artıq hər gün qəbul etdiyimiz su, duz, balıq, ət və tərəvəzlərdə aşkarlanır. Bu problemin qarşısını almaq üçün istehlakçı olaraq doğru seçimlər etmək, qida sənayesində isə daha ekoloji qablaşdırmalara keçid həyati əhəmiyyət daşıyır”.
Leyla Turan 
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 İyul 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri