Icma.az
close
up
RU
Qars yaxın, doğma diyar

Qars yaxın, doğma diyar

Icma.az, 525.az saytına istinadən bildirir.

Naxçıvandan İğdır, Ağrı, Ərdəhan, Ərzurum, Qarsa aparan yol təbiəti, suyu, havası, dağı, dərəsi, kəndləri, əhalisinin danışığı, görkəmi, oturuş-duruş bənzərliyi ilə Qərbi Azərbaycan, Zəngəzur, Naxçıvan elləri ilə əkiz qardaşdır. Bu həm də keçmişdən günümüzə aparan yola bağlıdır, Qars 1406-cı ildən 1525-ci ilə qədər Səfəvi, Əfşar, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tabeliyində olub, sonralar 1920-ci illərə qədər Azərbaycanın qərbi, cənubu, şimalında baş verən qanlı hadisələrdə əhalinin ən çox köç etdiyi məkanlardan biri Osmanlı sərhədlərinə yaxın yaddaş, ruh bağlılığı olan ərazilər idi.

Rus-Osmanlı savaşı (1877-1878) sonrası 25 aprel 1918-ci ilə qədər Qars 40 il çar Rusiyasının işğalı altında qalıb. Bu iki imperiya arasında müharibələr fasilələrlə 350 il davam edib, 69 il bir-biri ilə vuruşublar, son nəticədə uduzan, torpaq itirən Osmanlı dövləti olub. Osmanlı Avropa, Asiya, Afrikadakı savaşlarda qazandığı uğurları ruslarla döyüşdə əldə edə bilməyib, bunun səbəbləri sırasında biri də var; rusların türklərə qarşı müharibələrinin qalib sərkərdələrinin bir çoxu türkqanlı generallar, əsas döyüşkən dəstələri də türk əsilli, türkdəndönmə qövmlərin mənsubları olublar. Təkcə suvar türk tayfasına mənsub Suvorovla quduz/kuduz türk tayfasının savaşda da quduzcasına döyüşən övladı Kutuzovu xatırlamaq bəs edərdi, osmanlılar ən çox bu iki sərkərdədən zərər görüblər. Aleksandr Vasilyeviç Suvorov (1730-1800) Rusiya imperiyasında ilk dəfə "Generalssimus" hərbi rütbəsini alıb, “Hərb Sənətinin Atası” sayılıb, rus ordusunu Avropanın içərilərinə - İtaliya, Alp dağları, Milan şəhərinə qədər aparıb. XIX əsrin sonunda, XX əsrin 20-ci illərində I Cahan savaşında da xeyli türk əsilli generalı, əsas döyüşçü qüvvəsi türklərdən ibarət Qafqaz diviziyaları Anadolu torpaqlarında türk-osmanlı əsgərlərində qarşı amansızca savaşıb, şücaətlərinə görə çar hökumətindən aldıqları orden, medallarla sinələrini fəxarətlə bəzəyiblər, var-dövlət, mülk, imtiyaz sahibi olublar. Ancaq şükür ki, I Pyotrun isti sulara sahib olmaq barədə mənfur vəsiyyəti rusun gözündə qalıb. Bu işin digər tərəfi də var, Osmanlının çox sayda sultanının, sərkərdəsinin anası, arvadı türk olmayıb, maraqlananlar bu linkə baxsınlar: https://tr.wikipedia.org/wiki/Osmanlı_padişahlari-anneleri_listesi

Türk tarixinin bu qara səhifəsini də xatırladaq; 1696-cı ildə 24 yaşlı I Pyotrun əsas məqsədi Rusiyanı Osmanlı və Krım xanlığının parçası olan Qara dənizə və İsveç Krallığının əlində olan Baltik dənizinə çıxışına nail olmaq idi.  Pyotr Poltava savaşında (1709) İsveçə qalib gəlir, məğlub İsveç kralı XII Karl sığınacaq tapmaq üçün Osmanlının əlindəki Bender qalasına qaçır, sultanı Rusiyaya qarşı müharibəyə təhrik edir, Osmanlı ordusu 1710-cu ildə hücuma keçir, 1711-ci ildə Moldovanın Prut çayı yaxınlığında Pyotrun ordusu Osmanlı və Krım tatar qoşunları tərəfindən mühasirəyə alınır. Osmanlı, tatar ordusunun başında duran baş vəzir Baltacı Mehmet Paşa hücum edib əsgər itirməkdənsə, rus ordusunu aclıqdan qırmağa üstünlük verir. Ərzaq tədarükü kəsilən və əsgərlərin aclıqdan öləcəyini görən Pyotr arvadı Yekaterinaya Rusiyanın fəlakət qarşısında qaldığını, hərbi gücünün mühüm qismini itirməkdə olduğuna dair məktub yazır, təcili tədbir görməsini istəyir, Yekaterina xəzinədə, özündə olan şəxsi zinət əşyalarını da yükləyib paşanın çadırına gəlir, yalan vədlər, rüşvət və şəhvət paşanın gözünü necə tutursa, mühasirənin aradan qaldırılmasına əmr edir, canı çıxmaqda olan çoxminlik rus ordusunu top-tüfəngi ilə sərbəst buraxır, İsveç kralı XII Karlın bu tarixi fürsətin bir də ələ düşməyəcəyinə dair diz çöküb yalvar-yaxar etməsi də Baltacı Mehmet Paşanınn gözünü açmır, huşdan ayıltmır. Düzdür, paşa İstanbula qayıdan kimi cəzasını alır, Konyaya sürgün edilir və orada öldürülür.

Lakin kiçik “Moskva Çarlığı”ndan çıxan Rusiya artıq dərs alıb iştaha gəlir, toparlanır, az sonra Baltik, Qara dənizə çıxış əldə edib güclənir, Krım xanlığını, Qafqaz, Türküstanın tamamını, Qacarlar  və Osmanlının bir hissəsini işğal edir, böyük torpaqlara sahib olur və dünya gücünə çevrilir. Rusiya və Osmanlının savaş tarixləri belədir: 1568-1570, 1672-1681, 1686-1700, 1710-1713, 1735-1739, 1768-1774, 1787-1791, 1806-1812, 1828-1829, 1853-1856, 1877-1878, 1914-1918.

Rusiyanın Qarsdakı izləri şəhərdəki orijinal, tam fərqli Niderland və Baltik üslubunda qara mərmər daşlardan hörülmüş 170 binada qalmaqdadır. Azərbaycan, Ermənistan və Gürcüstan sovet sosialist respublikaları ilə Türkiyə arasında 1921-ci il oktyabrın 13-də Qars şəhərində imzalanmış binada valilik, eləcə də Azərbaycan Konsulluğu, mühüm dövlət idarələri, tibb, təhsil müəssisələrinin bir çoxu rus binalarında yerləşir, bəziləri sonradan dağıntılara, zövqsüz bərpa, təmirə, söküntülərə məruz qalsa da, rus-Avropa arxitekturasına mənsub bu orijinal binalar şəhərin görünüşünə məxsusi rəng qatır, möhkəmliyini hələ də qoruyub saxlayır, elə turistlərin də əksəriyyəti bu rus evlərininn, kilsə, əsgər kazarma, qışlalarının yan-yörəsində görünür. Ruslar I Dünya savaşındakı məğlubiyyətin, fevral-burjua inqilabından sonra bölgəni tərk edib gedəndə ermənilərdən fərqli olaraq tikdiklərini uçurub dağıtmayıblar. Şəhərin ən gözəgəlimli məkanları, o cümlədən Konsulluğumuz Heydər Əliyev küçəsində yerləşir. Ərdəhan, İğdırda da Prezident İlham Əliyev küçələri var.

Bolşevik Rusiyasının, xüsusən Lenin, Frunze, Nərimanovun yeni qurulan Türkiyə Cümhuriyyətinə hərbi sursat, qızıl, ərzaq, yanacaq köməyi, Atatürkün Naxçıvanla 15  kilometrlik sərhəddi sənəd-sübutlu para ilə alması da, Stalinin müharibədən sonra Qars və Ərdəhanı Gürcüstana qatmaq üçün Türkiyədən tələb etməsi də tarixin yaddaşındadır və bu yerdə siyasətdə daimi dost, düşmən olmur, maraqlar əsas olur ifadəsinin, güclü, yaxud güclülərlə birlikdə olmağın  real tarixi nəticələri də bəllidir.

Qars ədəbiyyatda

Rus şeirinin günəşi A.S.Puşkin 1829-cu ildə Qarsa gəlişini “Ərzuruma səyahət"ində belə yazır: “...Arpaçay! Bizim sərhəd! ...Türk ayğırının üstündə, əlində kürd qarğısı, belində xəncər qabaqda gedən erməni bələdçim Artemi:- Qars! Qars! - deyə bağırdı və atını dördnala irəli çapdı...”  Şair ertəsi gün Qars qalasını gəzib görəndə heyrətlənir: "Qarsı necə olub ki, ala bilmişik?!" mənfur erməni Şuşa, Laçın, Kəlbəcəri ala bilərdimi, rusa işləyən sapı özümüzdən olan baltaların xəyanəti olmasa idi, Qars, Anadolu torpaqları da elə Dədə Qorqudun dastandakı kəlamı “Payitaht Abdülhamid” filmində də təkrarlanan bu sözləri xatırladır: "Hain içerden olunca kapı kilit tutmaz". Puşkin səyahətnaməsində davam edir: “Çevrədə kəndlər vardı. Fəqət əhali qaçıb getmiş, hamısı bomboş qalmışdı... Yolda yanıüstə uzanmış yatan gənç bir türkün cəsədi önündə durdum. 18 yaşlarında bir dəliqanlıydı bu. Bir qızınkini andıran solğun üzü hənüz təzələyini itirməmişdi. Sarığı tozlar içindəydi. Tıraşlı ənsəsində bir qurşun yarası vardı”.

I Cahan müharibəsində ayrı-ayrı hərbi blokların üzvü kimi döyüşə cəlb olunmuşdular. Qafqaz cəbhəsində, Sarıqamış, Ərzurum, Trabzon, Bitlis, Ərzincanda Osmanlı ordusunun məğlubiyyətində bu torpaqlarda yaşayan ermənilərin xəyanəti, körpə, qoca, xəstəyə də rəhm etmədən müsəlmanları amansızcasına ucdantutma qırması, törətdikləri vəhşiliklər nəinki ingilis, fransız, rusları, hətta bir çox ermənini də heyrətə gətirib, iyrəndirib. Ohanes Apresyan adlı erməni zabiti gündəliyində yazırdı: “Mən elə qətliam səhnələrinə şahid oldum ki, buralarda öldürülüb cəsədi yerdə qalan biçarə və savunmasız insanların sayı payızda  bir ormanda yerə düşən yarpaqların sayı kimiydi”.

Orxan Pamukun “Qar” romanında baş verən hadisələrin məkanı Qarsdır, Nobel mükafatçımız yazır: "Qars Türkiyənin ideal metaforasıdır, tərtəmiz mikrokosmosdur. İstanbul və Qars paytaxt və əyalət, avropalaşmış və arxaik şəhərlərdir".

“Koroğlunun Qars səfəri”ndə oxuyuruq: “Koroğlu aşıq paltarını geyindi, Qırata minib Qarsa tərəf yola düşdü. Az getmişdi bilmirəm, çox getmişdi bilmirəm, elə təzəcə Alacalar dağının ətəklərinə çatmışdı ki, bir də gördü ki, Qars tərəfdən bir atlı gəlir..."

Türkün Koroğlusu da, Dədə Qorqudu da türkün yaşadığı hər yerdə var – Türküstandan Qafqaza, Anadoluya kimi...” Və bizim Dədə Qorqud bizimdir deyib 1300 illiyini qeyd edəndə Xəzərin o tayında türkmən qardaşlarımız da acığa düşüb 200 il də üstünə qoyub 1500 illiyin kutladılar. Manisada Dədə Qorqudun heykəli var, üstündə doğulduğu, vəfat etdiyi tarix də yazılıb, Dərbənddəki kimi. Bunlar min illərdir türkü birləşdirən bağlardır, birləşdirməyə xidmət etməlidir, ayırmağa yox. Və yolboyu ayaqüstü atüstü həmsöhbət olduğumuz cavan, qoca, uşaq – hər kəs danışığı, oturuş-duruşu ilə elə biz özümüzük - eynən irəvanlı, qarabağlı, naxçıvanlıdır...

Qars qalası

Qala 1153-cü ildə Səlcuqlu xanədanına bağlı Saltuklu sultanı Məlik İzzəddinin tapşırığı ilə vəziri olan Firuz Akay tərəfindən tikilib, 1386-cı ildə Əmir Teymur qalanı məhv edib dağıdıb.

1406-cı ildən 1525-ci ilə qədər Qars Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tabeliyində olub.

1853-1856-cı illər Osmanlı-Rus savaşında Qars rus ordularına qarşı qəhrəmanca savaşıb, Müşir Mehmed Vasıf Paşa komandanlığında tam 135 gün sürən mühasirəni yarıb 29 sentyabr 1855-ci ildə tarixi Qars Zəfərini qazanıb, buna görə Osmanlı sultanının fərmanı ilə dövlətdə ilk dəfə olaraq Qazilik medalı – “Qars Zəfər Medalyası” verilib.

Türk memarlığının nadir incilərindən biri Qars qalasıdır. Qalanın tarixinə nəzər salaq; Qars Valisi Yusuf bəy 1578-ci ildə III Murata məktubunda Qarsı Qacarlar dövlətinin hücumlarından qorumaq üçün təcili vacib işlər görülməsindən bəhs edir, təkliflərini bildirir, padşah Ərzurum bəylərbəyi Mustafa Lala Paşaya Qars üçün nə gərəkirsə, edin təlimatını verir. Qalanın tikintisində 100 min əsgər, 50 min qarslı çalışır, təkcə Trabzondan 5 min usta gətirilir, daş, əhəng, qum tədarükü edilir və 7 paşa 7 ordu hissəsi məşəl işığında gecələr də fasiləsiz çalışmaqla 26 iyul (Temmuz) 1579-cu ildə cəmi 28 gündə qalanın inşası tamamlanır! Üstəlik, 2 daşköprü, 5 cami, 1000 kişilik yatacaq yeri, tunellər, xəndəklər, bəylərbəyi sarayı, su xətti, hamam, dəyirman, çarşı, küçə, dükanlar tikilir, cəmi 55 günə Osmanlı möcüzəsi yaradılır. Padşah qalanın inşasında çalışanların əməyini layiqincə qiymətləndirir.

18 noyabr 1877-ci ildən 25 aprel 1918-ci ilə qədər 40 il rus işğalı altında qalan Qars milli mücadilə  dönəmində Milli Şura yaradıb Cənub-Qərb Qafqaz hökuməti qurublar, ancaq 30 oktyabr 1920-ci ildə Kazım Karabəkir paşa Qarsı alıb əbədi olaraq türk torpaqlarına qatıb.

Qars türk mənşəli sözdür

Mahmud Kaşğarlı "Divanü Lüğat-it-Türk"də dəvə və ya qoyun yunundan toxunan paltara “qars”  deyildiyini yazır. Qarsak adında bozqır tülküsü də var ki, dərisindən gözəl kürk tikilir. Kıpçakların bir boyu Qarsak adlanır, totemləri də elə həmin Qarsak tülküsüdür. Ən inandırıcısı elə budur, Qarsaklar Dəmirqapı Dərbənddən keçib Qars ərazisinə gələn tayfanın adıdır. Elə bu səbəbdən Türkiyədə - Anadoluda türkcə ən qədim yer adı Qars sayılır. Qarsda Qarsak kəndi, Karzak qəsəbəsi, Qarsak gölü də var. Britaniyalı şərqşünas, türk dillərinin tədqiqatçısı Ser Cerard Lesli Meykins Klousnun (ing. Sir Gerard Leslie Makins Clauson) "XIII əsrə qədərki türkcənin etimoloji lüğəti" kitabında Qars sözünün bu türk mənşəli sözdən yarandığını yazır. Azərbaycan türkcəsində qars, qarsaq, qarsıma kimi ümumişlək sözlərimiz də var.

Qarsın gəzməli, görməli yerləri

123 min əhalisi olan Qarsın dənizdən yüksəkliyi 1750 metrdir. Şəhər ərazisinin böyük hissəsi yaylalardan ibarətdir. Münbit, bərəkətli torpaqları, bol sulu çay, gölləri, il uzunu qarla örtülü zirvələri, Akarsu vadisi, Allahuəkbər, Kısır, Akbaba, Aladağ, Aşağıdağ silsilələri, Qars çayı bölgəni Türkiyənin əsas əkinçilik, heyvandarlıq mərkəzlərindən birinə çevirib. Qars və ətrafınin zəngin tarixi yerləri var, 53 km uzaqdakı Sarıkamış, 40 km aralı Ani xarabalıqları, Qars qala, muzey, tabya kompleksi, Kümbet Cami - 12 Havariler Kilsəsi, Bizans, Roma, Osmanlı dönəminə aid çox sayda abidələri, zəngin ekoloji turizm, rahat hava, nəqliyyat imkanları, universitetləri,  Gürcüstan, Ermənistan, Azərbaycan sərhədlərinə yaxınlığı Qarsı Qafqaz, Anadolunun Davosu edə bilər. Elə bu fevral günlərində Qarsın Arpaçay ilçəsindəki təbii gözəlliklərlə dolu Çıldır gölü üzərində Qars valiliyi, Gənclik və İdman, Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə keçirilən buz, qarüstü idman yarış və şənliklərində bir çox ölkənin, o cümlədən azərbaycanlı idmançıların, turistlərin də fəal iştirakı bunu deməyə əsas verir.

Azərbaycanın Qarsdakı Konsulluğunun əməkdaşlarının Qars və ətraf bölgələrin ictimai-mədəni həyatında fəallığı, birlik və bərabərliyimizin möhkəmlənməsinə töhfəsi sevindiricidir.

Qars, İğdır, Ərdəhan, Ərzurum, Naxçıvan sakinləri Zəngəzur dəhlizinin və quru sərhədlərinin açılmasını, rahat gediş-gəlişin, bölgənin ticarət, turzim, sənaye-istehsal sahələrində böyük inkişafın yaranacağı günləri səbirsizliklə gözləyirlər. 

Hacı Nərimanoğlu  

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see258

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see250

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see217

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see214

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see197

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see189

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see180

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see169

Antonelli qalib oldu

05 İyul 2026 00:59see166

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see166

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see166

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see165

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see165

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see164

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see164

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see160

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see158

DÇ 26: Braziliya Norveçə qarşı YENİLƏNİR

05 İyul 2026 17:44see150

DÇ 2026: İngiltərə Meksika matçı ildırım səbəbindən təxirə salındı

06 İyul 2026 03:33see150

Naməlum şəxslər Yəmən sularında gəmiyə hücum ediblər UKMTO

05 İyul 2026 14:12see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri