Icma.az
close
up
RU
AZAL Qars şəhərinə uçuşlara başlayır

AZAL Qars şəhərinə uçuşlara başlayır

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Türkiyənin Qars şəhərinə uçuşlara başlayır.

"Yeni Sabah" xəbər verir ki, Qarsın Azərbaycan Hava Yollarının qardaş ölkədəki 9-cu istiqaməti kimi marşrut şəbəkəsinə əlavə olunması ilə Türkiyə aviaşirkətin ən çox istiqamətlə təmsil olunduğu ölkəyə çevrilir.

Qars şəhərinə açılan reyslər Azərbaycan ilə Türkiyə arasında artan sərnişin tələbatına cavab verməklə yanaşı, iki ölkə arasında hava əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. pizza mizza

Yeni istiqamət üzrə ilk reys 30 iyul 2026-cı il tarixində həyata keçiriləcək. Bakı–Qars–Bakı marşrutu üzrə uçuşlar həftədə 2 dəfə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət üzrə biletlər artıq satışdadır.

Türkiyənin tarixi və turizm baxımından əhəmiyyətli şəhərlərindən biri olan Qars zəngin tarixi irsi, memarlıq abidələri və özünəməxsus mədəniyyəti ilə seçilir. Şəhər "UNESCO"nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Ani şəhəri, tarixi Qars qalası və qış mövsümündə beynəlxalq turistlərin böyük maraq göstərdiyi Sarıqamış xizək kurortu ilə tanınır. Bundan əlavə, Qars regionu yerli mətbəxi və təbii gözəllikləri ilə də səyahətsevərlərə fərqli təcrübə təqdim edir.

Yeni marşrut həm Türkiyənin şərq bölgələrində yaşayan, həm də Azərbaycandan səfər edən sərnişinlər üçün daha yeni bir istiqamətə rahat və birbaşa səyahət imkanı yaradacaq. Reyslər turizm səfərləri ilə yanaşı, ailə ziyarətləri və işgüzar səfərlər üçün də əlavə imkanlar təqdim edəcək.

Biletləri aviaşirkətin rəsmi internet səhifəsi, AZAL mobil tətbiqi və akkreditə olunmuş agentliklər vasitəsilə əldə etmək mümkündür.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 İyul 2026 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyənin Rusiya Ukrayna danışıqlarında vasitəçilik etməsi mümkündürmü? AÇIQLAMA

07 İyul 2026 12:09see506

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see408

“Tanrım, tanrım, günahlarımın cəzasını çəkirəm!” Artur Konan Doyl

06 İyul 2026 14:32see314

Bankların yay kampaniyaları 2026

07 İyul 2026 11:12see281

Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir

07 İyul 2026 11:45see271

Şuşada Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar adlı beynəlxalq konfrans keçirilir

06 İyul 2026 10:04see240

Bakıda məhbus həbsxanadan qaçdı Əməliyyat keçirilir

07 İyul 2026 16:59see237

Ülfət çimərlik geyimində fotolarını paylaşdı

07 İyul 2026 02:03see223

Legioneri “Səbail”dən ayrıldı

07 İyul 2026 02:03see218

Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul başlayır

06 İyul 2026 17:54see198

Bu məhsullarla bağlı sosial şəbəkələrdəki tövsiyələrə İNANMAYIN!

07 İyul 2026 02:40see190

Cozef Aun ABŞ ni İsrailin Livandan çıxmasını sürətləndirməyə çağırdı

07 İyul 2026 00:43see187

Qalibaf: İrana hücum edənlər cəzalandırılacaq

07 İyul 2026 03:33see186

Gecələr yata bilmirəm, nə etməliyəm?

06 İyul 2026 23:33see183

Rutte: NATO ölkələri Ankara sammitində on milyardlarla dollar dəyərində müqavilələr imzalayacaqlar

07 İyul 2026 06:09see183

Müəllim də repetitor yanına hazırlığa gedir VİDEO

07 İyul 2026 09:15see182

RF nin Ukraynadakı Azərbaycan mülkiyyətinə hücumları Moskva körpüləri yandırır

07 İyul 2026 18:16see175

“Bəzi sahələrdə diplom və sertifikata ehtiyac qalmayacaq” ​Ekspert

06 İyul 2026 22:05see167

Tut yeməyin faydaları

07 İyul 2026 04:21see165

Ərdoğan Miçotakisi elə bir marşla qarşıladı ki... Video

08 İyul 2026 00:28see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri