Qarşıdakı mövsümün daha gərgin keçəcəyini düşünürəm, çünki...
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Sevindirici haldir ki, ildən-ilə liqaların səviyyəsi artır. Səbəb klubların maliyyə dayaqlarının yüksəlməsidir".
Bunu Fanat.Az-a açıqlamasında ötən mövsüm 1-ci Liqada "Şəfa"nı çempionluğa daşıyan 34 yaşlı mütəxəssis Elgiz Kərəmli deyib.
Bu yay postundan ayrılan gənc çalışdırıcı yeni "futbol ili"nin sözügedən çempionatın favoritləri və autsayderləri barədə sualı belə cavablandırıb:
"Maddi durum qaydasındadırsa, klublar keyfiyyətli futbolçular transfer edə bilirlər. Qarşıdakı mövsümün daha gərgin keçəcəyini duşünürəm, çünki hazırda güclü komandalarin sayı çoxdur. "Səbail" "Şahdağ Qusar", MOİK və "Karvan-Yevlax"ın çempionluq uğrunda döyuşəcəklərini deyə bilərəm, lakin digərləri heç də zəif görünmürlər. Hansınısa aşkar autsayder adlandıra bilmirəm. Ümumi götürsək, cempionatin cox maraqlı və gərgin keçəcəyini proqnozlaşdırmaq olar. Hər bir kluba uğurlar arzu edirəm".
Xatırladaq ki, 1-ci Liqada mövsüm sentyabrın 3-də start götürəcək.
Nihat
Baxış sayı:89
Bu xəbər 18 Avqust 2026 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















