Icma.az
close
up
RU
Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Qarşılıqlı etimada əsaslanan əməkdaşlıq

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan və İsrail enerji-ticarət əməkdaşlığını artırmaq niyyətindədir

İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Hökuməti ilə İsrail Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib. İclasda enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb. Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. Hər iki tərəf əməkdaşlığı dərinləşdirmək üçün qarşılıqlı səyləri artırır ki, bu, iqtisadi-ticari-investisiya dinamikasını yüksəldir.

M.Cabbarov qeyd edib ki, hazırda Azərbaycanda sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət sahələri üzrə 125 İsrail kapitallı kommersiya qurumu fəaliyyət göstərir. Azərbaycan və İsrail şirkətləri maliyyə və qida texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində fəal iş həyata keçirir. Bu da Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və texnoloji inkişafı baxımından əhəmiyyətlidir. Kənd təsərrüfatı, qida, su və enerji texnologiyaları, dərman sənayesi, biotexnologiya və digər sahələrdə fəaliyyətin genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Hökumətlərarası Birgə Komissiya əlaqələrin güclənməsində faydalı platformadır

Azərbaycan və İsrail arasında iqtisadi əlaqələr son illərdə daha da inkişaf edərək yeni sahələrdə birgə layihələrin icrası üçün dərin zəmin yaratmaqdadır. Hər iki ölkənin biznes icması və iqtisadi strukturları arasında intensivləşən münasibətlər iqtisadi-ticari, investisiyalar üçün yeni imkanlar açır. Həmçinin, davamlı xarakter alan biznes-forumlar sahibkarlar arasında təşəbbüskarlığı daha da artırır.

Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiya, həmçinin Azərbaycanın İsraildəki Ticarət nümayəndəliyi ölkələrimiz arasında tərəfdaşlığın inkişafı üçün əhəmiyyətli platformalar kimi mühüm yer tutur. İsrailin maliyyə naziri Zeev Elkinin də vurğuladığı kimi əlaqələrin daha da gücləndirilməsi, yeni sahələrdə fəaliyyət imkanlarının araşdırılmasında Birgə Komissiya mühüm platforma kimi faydalı nəticələrin əldə olunmasına töhfə verir.

Həmçinin, İsraildə əsası qoyulmuş Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası iki ölkə arasında mədəni, elmi, iqtisadi əməkdaşlığın genişlənməsində böyük rol oynayır.

Biznes forumlar iqtisadi imkanları artırır

İsrail Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında mühüm yer tutur. Bu ölkə ilə respublikamız arasında qarşılıqlı investisiya, həmçinin energetika, kənd təsərrüfatı, İT, innovasiya, əczaçılıq, turizm və s. sahələr üzrə səmərəli əməkdaşlıq mövcuddur. İşgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və İsrail şirkətləri ilə birgə investisiya layihələrinin reallaşdırılması üzrə işlər davam etdirilir. İsrail şirkətləri ilə həmçinin, sənaye zonaları və aqroparklar, su təsərrüfatı və digər sahələr üzrə də tərəfdaşlıq edilir. İsraillə innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq Azərbaycan üçün xüsusi önəm daşıyır.

Azərbaycanın İsraildə səfirliyinin fəaliyyətə başlaması münasibətlərin yeni mərhələyə yüksəlməsində təkanverici rol oynayıb, bir sıra sahələrdə birbaşa təmaslar üçün hüquqi-iqtisadi sütunlar yaradıb.

Qarşılıqlı münasibətlərin inkişafında Azərbaycan-İsrail Biznes forumları da mühüm rol oynamaqdadır. Tərəflər arasında ötən illərdə imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq sazişi, gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, iqtisadi sahəyə dair anlaşma memorandumları ticari-investisiya dinamikasını artırıb. Son illərdə ticari mübadilələrin həcmləri artaraq 1 milyard dollara yaxınlaşıb.

Kosmik sənayedə müştərək uğurlar

İsrail və Azərbaycan arasında son illərdə müasir sənaye quruculuğu, süni intellekt, kibertəhülkəsizlik sahələrində əməkdaşlıq daha intensivləşib. Azərbaycanın 2026-cı ildə fəzaya buraxmağa hazırlaşdığı növbəti optik müşahidə peykinin hazırlanmasında israilli peşəkar mütəxəssislər də iştirak edir. “Azərkosmos” və “Israel Aerospace Industries” (IAI) şirkəti arasında imzalanmış müqaviləyə əsasən, “Azersky-2” kosmik peykinin dünya peyk ailəsinə qoşulması nəzərdə tutulur. Dünyanın ən güclü texnologiya şirkətlərindən olan “Israel Aerospace Industries” şirkəti yeni peykin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağında Azərbaycanlı mütəxəssislərə köməkliyini göstəməkdədir. “IAI” proqram çərçivəsində  “Azersky-2” üzrə iki peyk hazırlanması planlaşdırılır. İsraillə birgə 2026-cı ildə yeni peykin orbitə çıxarılmasından sonra 2028-ci illdə daha bir “Azersky-2” qurğusu fəzaya buraxılacaq.

Süni zəka və kibertəhlükəsizlik sahəsində yeni platforma

“İsrael Aerospace Industries” şirkəti dünyada unikal sənaye və kosmik mallar tədarükçüsü olmaqla Azərbaycanda yeni innovasiyaların təşviqində və yeni nəsil texnologiyaların hazırlanmasında da dəstəyini göstərmək niyyətindədir. Süni zəka layihələrində tərəfdaşlıq üzrə səmərəli platforma qurulmaqdadır. Ölkələrimiz arasında kibertəhlükəsizlik üzrə də yeni imkanlar dəyərləndirilir. İsrailin “Technion” İnstitutu ilə birgə Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin təsis edilməsindən sonra Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni platformanın qurulması planlaşdırılır ki, bu da kibertəhlükəsizlik məhsullarının araşdırılması və məhsul hazırlığı kimi starteji hədəflərin müəyyən edilməsində mühüm rol oynayacaq.

Azərbaycanın əlverişli işgüzar mühiti, azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq layihələri, burada yaradılan sənaye zonalarının fəaliyyəti də israilli iş adamları üçün maraq doğurur. Onlar bu bölgədə “ağıllı texnologiyaların” tətbiqi, həmçinin aqrar layihələrdə iştirakı nəzərdə tutulur.

E.CƏFƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Noyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri