Icma.az
close
up
RU
Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq

Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

2026-cı il oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kamboca Krallığının Baş naziri Hun Manet ilə görüşdən sonra mətbuata bəyanatla çıxış edib. Dövlət başçısı bəyanatında iki ölkə arasında mövcud siyasi münasibətlərdən, iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarından və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib. Möhtərəm Prezident Kambocanın Baş nazirini Azərbaycanda salamlayaraq, səfərin ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Kamboca arasında dostluq və tərəfdaşlıq münasibətləri uzun tarixə malikdir. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində fəal əməkdaşlıq edir və bir-birini dəstəkləyir. Dövlət başçısı çıxışında iqtisadi əlaqələrin inkişaf etdirilməsini əsas istiqamətlərdən biri kimi vurğulayıb. Prezidentin sözlərinə görə, Azərbaycanla Kamboca arasında ticarət dövriyyəsi hazırda arzuolunan səviyyədə deyil. Bununla belə, mövcud imkanlar əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Bu məqsədlə ticarət və investisiya sahələrində praktiki məsələləri araşdıraraq birgə işçi qrupunun yaradılması qərara alınıb. Həmçinin, iki ölkənin şirkətlərinin iştirakı ilə keçirilən biznes forumun qarşılıqlı əlaqələrin gücləndirilməsinə və yeni investisiya imkanlarının müəyyənləşdirilməsinə xidmət edəcəyi bildirilib. Bəyanatda sənaye, turizm, təhsil, nəqliyyat və rəqəmsal transformasiya sahələrində əməkdaşlığın perspektivlərinə də xüsusi diqqət yetirilib. Cənab İlham Əliyev sovet dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq, bu ənənənin bərpasının vacibliyini qeyd edib. Qarşılıqlı təhsil imkanlarının genişləndirilməsinin xalqlar arasında əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı anlaşmanın artmasına kömək edəcəyi vurğulanıb. Ölkə başçısı Azərbaycanın dövlət xidmətləri sahəsində əldə etdiyi təcrübəyə də toxunub. “ASAN xidmət” modelinin Kambocada maraq doğurması bu sahədə əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradır.

Cənab Prezident çıxışında hər iki ölkənin üzləşdiyi mina probleminə də diqqət çəkib. O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina partlayışları nəticəsində 400-dən çox insan həlak olub və ya xəsarət alıb. Bu problemin həlli istiqamətində təcrübə və bilik mübadiləsinin, eləcə də birgə təlimlərin keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Beləliklə, cənab Prezident mətbuata verdiyi bəyanat Azərbaycan-Kamboca münasibətlərinin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar iqtisadi, humanitar və siyasi əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar yaradır. Qarşılıqlı maraqlara və beynəlxalq hüquq prinsiplərinə əsaslanan əməkdaşlığın gələcəkdə konkret nəticələrlə möhkəmlənməsi hər iki ölkənin tərəfdaşlığının inkişafına xidmət edə bilər.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Oktyabr 2026 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see322

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see309

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see306

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see301

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see297

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see264

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see261

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see225

“17 ildir günahsız yerə həbsdə yatıram“ 70 yaşlı ömürlük məhkum

13 Oktyabr 2026 18:14see219

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see217

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see206

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see203

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see199

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see197

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see197

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see178

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see156

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see155

Hülya Avşardan Erkan Petekkayaya CAVAB: Kədərlənmə, çox əyləndim

13 Oktyabr 2026 17:18see155

Kişilər arasında dostluğu qorumağın sadə bir yolu müəyyən edilib...

13 Oktyabr 2026 20:52see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri