Icma.az
close
up
RU
Qatarlar 42 dəfə sahibsiz heyvanlarla toqquşub

Qatarlar 42 dəfə sahibsiz heyvanlarla toqquşub

Bu ilin əvvəlindən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus qatarlar sahibsiz buraxılmış təsərrüfat heyvanları ilə 42 dəfə toqquşub.

"Unikal" bu barədə səhmdar cəmiyətinə istinadən xəbər verir.

Məlumata görə, sahibsiz buraxılan mal-qara qatarların hərəkətinə ciddi təhlükə yaradır. Nəticədə heyvanlar tələf olur, qatarlara zərər dəyir, maşinist təcili tormozlama etməli olur ki, bu da qatar heyətinin və sərnişinlərin həyatına risk yaradır.

Bəzi heyvan sahibləri mal-qaranı dəmir yolundan keçirmək üçün hasarları sökür və bu da təhlükəsizliyə ciddi təhlükə yaradır. Həmin şəxslər qanunvericiliyə uyğun olaraq cərimələnirlər.

ADY isə öz növbəsində bu cür hadisələri önləmək üçün sıx məskunlaşma ərazilərindən keçən dəmir yolu xətlərinin ətrafını hasarlayır.


seeBaxış sayı:48
embedMənbə:https://unikal.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri