Icma.az
close
up
RU
Sürücü hərəkət vaxtı telefonu əldə saxlasa... Yeni cərimə

Sürücü hərəkət vaxtı telefonu əldə saxlasa... Yeni cərimə

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Yaxın gələcəkdə sürücünün hərəkət vaxtı telefonu əldə saxlamaqla istifadə etməsinə görə cərimənin elektron qərarla, yəni kameralar vasitəsilə qeydə alınaraq rəsmiləşdirilməsinə başlanılacağı barədə məlumat yayıldı. Layihə dərc edilməsə də, yəqin ki, söhbət İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsində elektron qərarla rəsmiləşdirilə bilən xətalar sırasına İXM-in 342.6-cı maddəsində göstərilən xətanın da əlavə edilməsindən gedir. Bu edildikdən sonra (qanunvericilik prosedurlarını nəzərə alsaq, təxinən 2027-ci ilin ilk aylarından) bu xətaya görə də sürücülər barəsində nəzarət kameraları vasitəsilə cərimə tətbiqi mümkün olacaq.

Axar.az xəbər verir ki, bu barədə nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib.

O bildirib ki, telefondan istifadə hallarının kamera ilə qeydə alınaraq elektron qərarla rəsmiləşdirilməsi asan olmayacaq:

“Söhbət hərəkət vaxtı avtomobilin salonunda telefonu əldə tutaraq istifadə edən sürücünün görüntüsünü qeydə almaqdan gedir. Qanunun tələbinə əsasən, bunu edəcək kamera telefonun əldə tutulmaqla istifadə edildiyini fiksə etməlidir. Bu da qırmızı işıqdan keçən avtomobili qeydə almaq kimi sadə bir iş deyil. Ona görə elektron nəzarət sistemi də təkmilləşdirilməli, elə edilməlidir ki, qayda pozuntusunu əks etdirən şübhəsiz və mötəbər görüntülər (sübutlar) əldə etmək mümkün olsun. Əks təqdirdə çoxlu mübahisələr qaçılmaz olacaq”.

Ə.Hüseynov əlavə edib ki, sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsi tək bizim ölkədə yox, dünyada yol hərəkəti təhlükəsizliyinin ən ciddi probleminə çevrilib:

“Yol hərəkti təhlükəsizliyi ilə məşğul olan qlobal təşkilatlar sürücülərin hərəkət vaxtı telefondan (smartfondan) istifadə etməsini yol-nəqliyyat hadisələrinin ən geniş yayılmış səbəbi hesab edirlər.

Zəncirvari qəzaların və arxadan çırpılmaların əksəriyyəti, bəzən lüzumsuz asta sürətlə hərəkət edərək nəqliyyat axınını iflic etmə, bu kimi çoxlu təhlükəli məqamlar və sürücülərin yollarda gördüyümüz xeyli məntiqsiz davranışları hərəkət vaxtı telefondan istifadənin fəsadlarıdır.

Gələcəkdə bu qayda pozuntusunun elektron qərarla rəsmiləşdirilməsi yəqin ki, müəyyən çəkindirici rol oynayacaq. Amma əsas məqam sükan arxasında olan şəxsin bunu şüurlu dərk etməsidir. Hamı bilməlidir ki, hərəkət vaxtı yol şəraitinə 1-2 saniyə nəzarət etməmək də ağır faciələrə gətirib çıxara bilər (məsələn, 90 km/saat sürətlə gedən avtomobil 2 saniyəyə 50 metr məsafə qət edir, həmin məsafədə sürücünün heç nəyə baxmaması çox təhlükəlidir). Sadəlövhcəsinə “hər şeyi görürüm” kimi düşüncələr yanlışdır, çünki hər şeyi və hər zaman görmək üçün insan gözü kəsintisiz olaraq, özü də imkan daxilində 360 dərəcə panoramda yola və yolda olanlara nəzarət etməlidir.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, telefon sadəcə sürücü onun ekranına baxmaqla və ya əldə tutmaqla diqqət yayınmasına səbəb olmur. Telefonda bəzən sürücünün aldığı və ya ötürmək istədiyi elə informasiyalar olur ki, həmin informasiyaların sürücünün beynini məşğul etməsi səbəbindən onun gözləri yola baxsa da, əslində o, gördüklərini tam qavramır və bəzən reaksiyada gecikərək faciəli səhvlərə yol verir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://axar.az
archiveBu xəbər 28 Oktyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri