Icma.az
close
up
RU
Qatı qanın səbəb olduğu BƏLAlar

Qatı qanın səbəb olduğu BƏLAlar

Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.

Orqanizmdə qan əsasən nəqliyyat funksiyasını yerinə yetirir. Qan orqanizmin yaşaması və normal fəaliyyəti üçün lazım olan oksigeni və qidalı maddələri bütün orqan və sistemlərinə çatdırır.

Saglamolun.az bildirir ki, qan həmçinin hormonları və digər bioloji aktiv maddələri bir orqandan digərinə daşıyır.

Normada qan maye vəziyyətində olur. Məhz qanın maye vəziyyətində olması, axması onuz öz nəqliyyat funksiyalarını tam şəkildə yerinə yetirməyə imkan verir. Qan "maye"dən (plazma) və müxtəlif  hüceyrələrdən (leykositlər, eritrositlər, trombositlər və s.) ibarətdir. Hüceyrələr qana müəyyən qatılıq verir. Bu qatılıq müxtəlif səbəblərə görə (susuzlaşma, bəzi xəstəliklər və s.) artdıqda qanın nəqliyyat funksiyası pozulur. Nəticədə qan orqan və sistemləri oksigen və lazım olan maddələrlə daha pis təmin edir. Bu isə müxtəlif pozulmaların inkişafına təkan verir.

Digər tərəfdən ürəyə qatı qanı damarlarda hərəkət etdirmək daha çətindir. Bu ürəyin sağlamlığına mənfi təsir edir, ürək daha tez yorulur.

Qatı qanın növbəti mənfi tərəfi damarlarda trombların əmələ gəlməsidir. Bildiyimiz kimi, kapilyarın və ya damarın tamlığı pozulduqda qan qatılaşır və bu yerdə tromb (laxta) əmələ gəlir, tromb damarı bağlayır və qanaxma kəsilir. Bu orqanizmin müdafiə reaksiyasıdır. Lakin qan lazım olandan daha qatı olduqda tromblaşma patoloji xarakter alır. Bunun nəticəsində insanda, misal üçün, varikoz xəstəliyi inkişaf edə bilər. Ürək və ya beyin damarlarında tromblaşma prosesi getdikdə bu xüsisilə təhlükəlidir. Bunun nəticəsində insanda infarkt və insult kimi ağır fəsadlar inkişaf edə bilər.

Qanın qatı olması həmçinin sonsuzluğa və ya hamiləliyin inkişafdan qalmasına səbəb ola bilər. Bu səbəbdən inkişafdan qalmış hamiləlik halı bir neçə dəfə təkrar olunduqda qadında mütləq qanın laxtalanma sisteminin vəziyyəti yoxlanılmalıdır.

Qanın qatı olması (hiperkoaqulyasiya) xəstəlik olmasa da müxtəlif pozulmaların səbəbi ola bilər. Bu səbəbdən hiperkoaqulyasiya aşkar olunduqda bunun səbəbi araşdırılır və xəstəyə xüsusi qanı durulaşdıran müalicə təyin olunur.

Hiperkoaqulyasiyanın səbəbləri arasında:

- Susuzlaşma. Bunun səbəbi ishal, qusma (misal üçün, zəhərlənmə, ağır infeksiyalar zamanı) və həmçinin sidiyin həddən artıq miqdarda ifraz olunması (misal üçün, şəkərli diabet, böyrək xəstəlikləri zamanı) ola bilər. Susuzlaşmaya səbəb olan amil aradan qaldırılmalıdır.

- Mayenin kifayət qədər qəbul etməməsi. Qanın əsas hissəsini su təşkil edir. Bu səbəbdən insanın orqanizminə hər gün (xüsusilə isti havada) kifayət qədər maye daxil olmalıdır.

- Düzgün olmayan qidalanma (yağlı, hisə verilmiş, şirin qidaların həddən artıq qəbulu).

- Ağır travmalar, yanıqlar.

- Onkoloji xəstəliklər.

- Qara ciyər və dalaq xəstəlikləri.

- Bəzi dərman preparatların qəbulu. Misal üçün, hamiləlik əleyhinə dərmanların qəbulu qanın qatılığını artırır. Bu səbəbdən bu həbləri daim qəbul edən qadınlar qanın vəziyyətinə nəzarət etməlidir, analizlər verməlidir və lazım olduqda həkimə müraciət etməlidir.

Hamiləliyin sonunda yaxın qadında qan daha qatı olur. Qadının orqanizmi özünü doğuşa hazırlaşdırır və doğuşda qanaxmanın qarşısını almaq orqanizm müdafiə mexanizmlərini işə salır - qan qatılaşır. Bu fizioloji haldır və heç bir müalicə tələb etmir.

Bəzi qida məhsulları və bitkilər qanı durulaşdırır: balıq, sarımsaq, soğan, zeytun yağı, portağal, şabalıd, limon, nar, zəncəfil, darçın, sarıkök, qinko biloba bitkisi və s.

Hirudoterapiya (zəli ilə müalicə) qanı çox yaxşı durulaşdırır, trombların əmələ gəlməsinin qarşısını alır.

Qanı normadan qatı olan insanlar şirin, hisə verilmiş, çox yağlı qidalardan, spirtli içkilərdən imtina etməlidir.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see858

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see289

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see281

Şölət Zeynalov: “Xaricdən gələn ideoloji risklərə qarşı dayanıqlı olmalıyıq”

12 Oktyabr 2026 14:37see279

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see277

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see253

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see240

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see207

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see204

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see196

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see196

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see193

Nəfəsin bu görüntüsü tənqid edildi (Video)

12 Oktyabr 2026 17:18see192

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see192

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see192

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see186

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see178

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see170

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see165

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri