Qaxda baş verən uçqunun fəsadları aradan qaldırılıb
Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qax rayonunun Ləkit kəndində təbiət abidəsi kimi qorunan “Mamırlı şəlalə”yə gedən istiqamətdə dağlıq ərazidə uçqun baş verib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, uçqun nəticəsində Ləkit kəndinə gələn içməli su xətləri və suvarma suyunda bir müddət fasilə yaranıb.
Kənd bələdiyyəsinin sədri İlqar Məmmədovun sözlərinə görə uçqun hadisəsi bir neçə mərhələdə baş verib. Əvvəlcə sakinlər çayın qarşısını açsalar da sonrakı gün yenidən uçqun baş verib. Bu zaman böyük çəkidə qum və torpaq kütləsi axaraq su xətlərini zədələyib, çayın hövzəsində kiçik göl əmələ gətirib.
Hadisədən sonra əraziyə texnika cəlb olunub, kənd sakinlərinin də əl köməyi ilə su xətləri bərpa olunub, çayın qarşısı təmizlənərək axını təmin edilib. Bələdiyyə sədri kəndə içməli suyun verilməsində heç bir problem olmadığını, sürüşmə zonasının sabitləşdiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 06 Aprel 2025 22:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















