Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə öldü FOTO
Icma.az bildirir, Avtosfer portalına istinadən.
Qax rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Məlumata görə, hadisə bu gün 17 radələrində Qax-Qorağan avtomobil yolunda, Əmircan kəndi ərazisində baş verib. Rayonun Turaclı kənd sakini 25 yaşlı Günay Hüseynovanın idarə etdiyi “Nissan” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobildə olan iki ay yarımlıq körpə (sürücünün baldızı oğlu) aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
G. Hüseynova və iki yaşlı qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Bu mövzuda digər xəbərlər:Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə hadisə yerində öldü
12 Noyabr 2024 21:50
Qaxda qadın avtomobili ağaca çırpdı: İki aylıq körpə hadisə yerində öldü Yeni Sabah
12 Noyabr 2024 21:52
Qaxda Nissan ağaca çırpıldı: iki aylıq körpə ÖLDÜ
13 Noyabr 2024 00:54
Gəncədə sürücü avtomobili ağaca çırpdı Foto
02 Dekabr 2025 16:41
Qaxda qəza Körpə öldü (FOTO)
12 Noyabr 2024 17:40
Baxış sayı:121
Bu xəbər 13 Noyabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















