Icma.az
close
up
RU
Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı

Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanan Qax rayon icra başçısı Musa Şəkiliyev sayca həbs edilən neçənci belə korrupsioner məmurdur. Son illər həyata keçirilən antikorrupsiya əməliyyatları nəticəsində həbs olunanlar arasında icra başçıları da yer alır. Şəkiliyev də onlardan biri oldu. Çünki regionlarda rüşvətalma, mənimsəmə əndazəni aşmaqdadır. İcra başçıları sahibkarları incidir, əraziləri satır, "ölü can"lar saxlayır, tenderlər vasitəsi ilə maxinasiyaya yol verir, bu da günün birində əməliyyatla nəticələnir. Bu günə kimi Ağstafa, Şəmkir, Yevlax, Biləsuvar, İmişli, Neftçala rayon icra başçıları eyni ittihamlarla həbs olunublar. İndi də Qaxın icra başçısı. Bu nəyi bir daha sübut edir? - həbslərdən dərs çıxarmayanlar var və yenə də özbaşınalıqları, qanunsuzluqları davam etdirirlər. Əminliklə demək mümkündür ki, bu proses Qax rayonu ilə yekunlaşmayacaq. Çünki hansı rayon rəhbərini silkələsən, altından milyonlar, əmlaklar, biznes xanimanı çıxacaq. Ona görə həbslərin davamı şəkk-şübhə doğurmur. Əksinə, fəaliyyəti araşdırılmayan və istintaqa cəlb olunması gecikən bəzi İH rəhbərlərini qeyd etmək mümkündür.

Hurriyyet.az bildirir ki, onlardan başda gedəni Bərdə şəhər rəhbəri Vidadi İsayevdir. Onun fəaliyyətinin yüngül şəkildə təftiş olunması kifayətdir ki, Qaxın saxlanan başçısı Şəkiliyev yanında "toya getməli" olsun. Bərdəyə illərdir ki, "gün verib, işıq verməyən" Vidadi İsayevi hansı sirli əllərdirsə, hələ də qorumaqdadır. Halbuki onun barəsində araşdırma başlanması gecikib. Bərdə camaatı hansısa rayonun başçısı həbs ediləndə dərhal ümidlənir. Onların çoxdan gözləntisi var ki, növbə İsayevə çatacaq. Çünki icra başçısı Bərdədə böyükdən kiçiyə, sahibkardan fermerə qədər hamıya "qan uddurub". O, nə şəhid ailəsi nəzərə alıb, nə aztəminatlı ailə nədir dəyər verib, yaşıllıq bilməyib, boş sahə qoymayıb, hara gözünə göründü satıb qurtarıb, iş adamlarının gününü qara edib və bu minvalla varlanıb, Bərdədə və ətraf ərazilərdə, o cümlədən Bakıda saysız-hesabsız obyektlər, villalar, avtomobil kolleksiyası, biznes subyektləri sahibinə çevrilib. Bəs bu pulları başçı maaşı ilə qazanmaq olardımı?

Odur ki, "qara maskalı"ları arzulayan Bərdə camaatı İsayevlə bağlı araşdırmalar aparılmasını gözləməkdədir. Eyni zamanda, belə xəbərlər də gəlməkdədir ki, İsayev və digər İH başçıları Şəkiliyevin həbsindən sonra yenidən əl-ayağa düşüb, ciddi iş rejiminə keçib, müavinlərə səhv buraxmamaq tapşırığı veriblər. Məlumata görə, İsayev daha əvvəl də bu addımları atıb. O zaman hansı məmur həbs olunurdusa, Bərdədə pul yığımı, rüşvət almaq, torpaq satmaq, tikintiyə pul müqabilində icazə vermək, ağacları məhv edib yerini dükan tikmək üçün peşkəş etmək kimi qanunsuz hərəkətlərə qısamüddətli fasilə verilirdi. İndi də Qaxdakı əməliyyat Bərdədə İsayevin canına vəlvələ salıb.

Qeyd edək ki, 15 ildir Bərdədə hökmranlıq edən İsayevin qanunsuz əməlləri və malikanələri, obyektləri barədə mətbuatda geniş məlumatlar dərc olunub. Hətta bir müddət əvvəl yerli sakinin şikayəti əsasında üzə çıxmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayev dövlət qulluqçularını öz evində, obyektlərində qanunsuz olaraq işlədir.

Ona görə də İsayevin fəaliyyətini araşdırmaqla səs-küylü bir prosesin təməli qoyula bilər. Lakin Qax əməliyyatı göstərdi ki, icra başçıları həbsə gedənə qədər öz əməllərindən əl çəkmək istəmirlər və növbənin onlara çatacağına inanmırlar. Lakin günün birində qapı döyülməmiş açılır...

Anxeber.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 İyun 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see535

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see263

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see263

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see259

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see241

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see241

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see237

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see230

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see226

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see202

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see196

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri