Qayda pozan sürücü hələ özünə haqq qazandırdı: “Niyə üstümə dırmaşırsan” VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə sentyabrın 28-də saat 15:19 radələrində qeydə alınıb. Videodan göründüyü kimi, 77-SO-416 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, öncədən düzgün zolaqda yerləşməyən sürücü hərəkət istiqamətini dəyişmək üçün sağ zolağa keçməyə cəhd edib və bu zaman görüntünü qeydə alan sürücünü sıxışdırıb. Sonda o, qəfil manevr edərək sağ zolağa keçib.
Ardınca sürücülər arasında mübahisə yaranıb. Qayda pozan sürücü “İki zolaqlı yoldur, çək sağa maşınını sürdə. Niyə üstümə dırmaşırsan?” deyərək özünə haqq qazandırıb. Qarşı tərəf isə “Sağa çəkməyə məcburam? Sən mənim üstümə dırmaşırsan, mən öz yolumla gedirdim” deyə ona cavab verib.
Nərmin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 29 Sentyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















