Qəza şəraiti yaradan sürücü özünə haqq qazandırdı: Dönmə işığı yandırmışdım VİDEO
Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı-Sumqayıt yolunda manevr qaydasını pozan sürücünün videosu kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə dekabrın 28-də, Beynəlxalq Avtovağzalın yaxınlığında baş verib.
Belə ki, 77-AJ-763 qeydiyyat nişanlı "Khazar" markalı avtomobilin sürücüsü qəfildən zolağını dəyişərək görüntünü qeydə alan avtomobilə qəza şəraiti yaradıb. Təhlükə ilə üzləşən sürücü irad bildirən zaman, o, dönmə işığını yandırdığını bildirərək özünə haqq qazandırışmağa çalışıb.
Təəssüf ki, bəzi sürücülər dönmə işığını yandırmaqla bütün məsuliyyətin üzərlərindən götürüldüyünü düşünürlər. Bu yanlış düşüncə, tez-tez yol qəzalarının baş verməsinə səbəb olur.
Xatırladaq ki, sürücü dönmə işığını yandırmış olsa belə, hərəkətə mane olduğu halda məsuliyyətə cəlb oluna bilər.
Könül Rauf
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 08 Yanvar 2025 11:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















