Icma.az
close
up
RU
Qaydalar dəyişdi: Uşaq profilləri silinəcək?

Qaydalar dəyişdi: Uşaq profilləri silinəcək?

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şəxslərin platformada qeydiyyatına dair tələblər müəyyənləşib. 

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əlavə edilən yeni maddələrdə əksini tapıb.

Qanuna əsasən, 16 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilmir.

Provayderlər bu qanun qüvvəyə mindikdən sonra 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişin məhdudlaşdırılmasını, şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesabların və fərdi məlumatlarının silinməsini təmin etməlidir. 

Qeyd edək ki, son vaxtlar artıq bir neçə ölkədə 16 yaşı tamam olmamış şəxslərin  sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılıb.

Ölkəmizdə də uşaqların sosial şəbəkədən istifadə mövcuddur və bu onların həyatı üçün təhlükə törədir. Yeni fərman da məhz uşaqların təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

16 yaşı tamam olmamış şəxslərin qeydiyyatı ilə bağlı  məhdudiyyət tətbiq edildikdə indiyədək açılan profillərin istifadəsi dayandırılacaqmı?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mühəndis, tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının eksperti Bəhruz Əliyev “Cebheinfo.az”-a bildirib ki, hazırkı qanun mətninə və keçid müddəalarına əsasən, mövcud profillərin avtomatik silinəcəyi və ya dərhal bağlanacağı barədə tələb yoxdur:

“16 yaşdan kiçik şəxslər üçün yeni fərdi rəqəmsal hesabların yaradılmasına icazə verilməyəcək. Platformalar istifadəçinin yaşını qanunda nəzərdə tutulan texniki üsullarla yoxlamalıdır. 

Yaşın 16 və ya daha yuxarı olduğu təsdiqlənərsə, hesab yaradılacaq. Amma platforma 16-18 yaş arası uşağın qanuni nümayəndəsinin elektron poçt ünvanına və mobil nömrəsinə sorğunun göndərilməsi, habelə ona məxsus bank kartından pul vəsaitinin çıxılması (geri qaytarılması şərtilə) vasitəsilə bəyan edilmiş yaşın yoxlanılmasını həyata keçirir.

Eyni zamanda “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda edilən dəyişiklikdə o da qeyd olunub ki, Provayder şəxsin sosial şəbəkə platformasındakı davranışının mütəmadi olaraq təhlil edilməsini, bəyan edilən yaşı ilə bağlı əsaslı şübhələr olduqda bu qanunun 13-4.2-ci və 13-4.4-cü maddələrinin tələblərinə uyğun olaraq təkrar yaş yoxlanılmasını təmin etməlidir. 

Bu zaman yaş tələbinin pozulması halları aşkar edildikdə həmin şəxsin fərdi rəqəmsal hesaba girişi dərhal məhdudlaşdırılmalıdır. Məhdudiyyət tətbiq edilmiş hesabların idarə edilməsi platformaların daxili qaydalarına uyğun olaraq tənzimlənir.

Praktik baxımdan beynəlxalq təcrübələri də nəzərdən keçirsək ehtimal ki, aşağıdakı ssenarilərdən biri ilə nəticələnə bilər:

• mövcud istifadəçilərdən yaşın təsdiqlənməsi tələb oluna bilər; 

• yaşı 16-dan aşağı olduğu müəyyən edilən hesabların fəaliyyəti məhdudlaşdırıla və ya hesablar deaktiv edilə bilər; 

• yaşını təsdiqləməyən istifadəçilər üçün də müəyyən məhdudiyyətlər tətbiq oluna bilər. 

Ancaq qanunun özündə "bütün mövcud profillər silinəcək" və ya "16 yaşdan kiçiklərin hazırkı hesabları dərhal bağlanacaq" kimi birbaşa norma yoxdur.

Bu məsələlərin necə həyata keçiriləcəyi, əsasən, icra qaydalarından və platformaların texniki icra mexanizmlərindən asılı ola bilər”.

Ekspert bildirib ki, qanuna edilən yeni dəyişikliklərin keçid müddəalarına və tələblərinə əsasən, hazırda fəaliyyət göstərən profillərin aqibəti rəqəmsal platforma provayderlərinin üzərinə qoyulan konkret texniki öhdəliklər çərçivəsində müəyyənləşdiriləcək:

“Qanunun tətbiqi başladığı andan etibarən platformalar sistemdə yaşın təyin edilməsi və yoxlanılması üçün lazımi texniki imkanları tətbiq etməlidirlər.

Bu mərhələdə 16 yaşdan aşağı şəxslərə məxsus olduğu aşkarlanan mövcud fərdi rəqəmsal hesablara giriş dərhal məhdudlaşdırılacaq və istifadəçiyə öz yaşını müəyyən olunmuş qaydada doğrulamaq üçün şərait yaradılacaqdır.

Əgər şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumatlar təqdim edilməzsə və ya şəxsin 16 yaşdan kiçik olduğu təsdiqlənərsə, provayderlər həmin hesabları və onlara aid fərdi məlumatları tamamilə silməyə borclu olacaqlar.

Nəticə etibarilə, hazırkı azyaşlı profilləri avtomatik olaraq aktiv qala bilməyəcək, həmin hesablar ya yaş doğrulaması keçməli, ya da platformadan tamamilə ləğv edilməlidir”. 

Nigar Abdullayeva
“Cebheinfo.az”

Açar sözlər:  sosial şəbəkələr Bəhruz Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Avqust 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see362

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see339

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see282

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see272

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see262

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see252

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see241

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see233

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see231

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see226

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see222

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see220

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see210

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see209

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see201

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see187

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see178

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see170

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see170

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri