Icma.az
close
up
RU
Qaydalar pozuldu: Azərbaycan da MDB dən çıxır? İlk ölkə bəllidir

Qaydalar pozuldu: Azərbaycan da MDB dən çıxır? İlk ölkə bəllidir

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna MDB çərçivəsində bağladığı sazişlərdən tədricən çıxmaqda davam edir. Prezident Volodimir Zelenskinin qərarları ilə bir sıra beynəlxalq razılaşmalar pozulub. Ukrayna artıq sərhəd qoşunları komandanlarının şurası, hava nəqliyyatı və hava məkanının istifadəsi, 2008 və 2013-cü illərdə informasiya sistemləri, “Atlas‑CIS” şifrəli sənəd mübadiləsi sistemi və fövqəladə hallar zamanı vətəndaşların təxliyəsinə dair MDB sazişlərindən çıxıb. Bu qərarlar rəsmi şəkildə təsdiqlənib və Ali Rada tərəfindən qanuniləşdirilib. Bu addmlar isə MDB-də dərinləşən tənəzzülün göstəricisi kimi qiymətləndirilə bilər.

Ukrayna MDB-dən tam çıxacaqmı? Azərbaycan, Ermənistan və Qazaxıstanın da bu birlikdən çıxması mümkündür?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov bildirib ki, Ukraynanın MDB-dən çıxış prosesi 2014-cü ildə Rusiyanın bu ölkəyə hərbi müdaxiləsi ilə başlayıb və 2022-ci ildə bu işğalın miqyasın genişlənməsi ilə daha da sürətlənib:

“Kiyev faktiki olaraq MDB sazişlərini tərk edir. MDB isə SSRİ-nin dağılmasından sonra yaranan və zaman-zaman üzvlərinin ayrıldığı bir qurum kimi fəaliyyət göstərir. Beynəlxalq institutlara baxanda əsas kriteriya ölkələrin bir-birinə və təşkilatın sənədlərinə olan etimadıdır. Əgər üzv ölkələr etimad göstərmirsə və digər üzvlərə qarşı ərazi iddiası ilə çıxış edirsə, təşkilatın mövcudluğu sual altına düşür. Bu kontekstdə MDB-nin artıq real gücə malik bir qurum olmadığını düşünürəm”.

Həmçinin oxuyun:

Prezident “Rossiya Seqodnya”ya müsahibə verdi – TAM MƏTN / FOTOLAR

Xəyal Bəşirov

Politoloqun sözlərinə görə, təşkilatın yaradıcısı olan Rusiya MDB çərçivəsində bir çox sazişlər imzalasa da, onlara əməl etmir və Ukraynaya qarşı hərbi əməliyyatlar aparır:

“Rusiyanın MDB-yə hörmət etmədiyini açıq şəkildə görürük. Hətta yaxın zamanlarda Putinin müşavirlərindən biri bildirib ki, Belovejskaya (Bişkek) müqaviləsinin imzalanması qeyri-legitim addımdır. Bu da göstərir ki, Rusiya əvvəlki dövrlərə dönmək istiqamətindədir.

MDB ölkələrinin tədricən təşkilatı tərk etməsi Rusiyanın yaratdığı təzyiqlərlə bağlıdır. Qazaxıstan, Azərbaycan, Ermənistanın da sazişləri pozaraq MDB-ni tərk edə biləcəyinə inanıram”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Avqust 2025 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see388

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see384

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see359

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see247

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see242

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see227

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see222

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see207

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see202

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see201

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see199

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see191

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see185

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see183

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see178

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see175

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see174

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see167

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri