Icma.az
close
up
RU
Qaydaları niyə pozuruq? Psixoloqlar səbəblərini açıqlayır

Qaydaları niyə pozuruq? Psixoloqlar səbəblərini açıqlayır

Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycanda ictimai yerlərdə qaydalara əməl olunmaması tez-tez rast gəlinən hallardandır.
Yeniavaz.com
xəbər verir ki, bu cür hallar həm sürücülərin və sərnişinlərin davranışında, həm də gündəlik münasibətlərdə özünü göstərir.
Məsələn, bəzi sürücülər qaydaları pozaraq əks yola çıxır, piyadalar yaşıl işığın yanmasını gözləmədən yolu keçir, insanlar avtobus dayanacaqlarında və ya mağazalarda növbə gözləmir, bəzən də ictimai yerlərdə yüksək səslə danışaraq başqalarının rahatlığını pozurlar və s.
Belə davranışlar bir çox hallarda bəzi insanlar üçün adi hala çevrilir ki, bu da ümumi davranış mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir.
Bəs insanlar niyə qaydalara əməl etmir?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan klinik psixoloq Ofelya Məmmədova bildirib ki, insanların qaydaları pozması psixoloji səbəblərdən qaynaqlanır:
“Cəmiyyətdə hər birimizin gündəlik həyatını tənzimləyən yazılı və yazılmamış qaydalar var. Amma bəzən insanlar bu qaydaları bilərəkdən pozurlar. Bunu sadəcə “tərs xasiyyət” və ya “hörmətsizlik” kimi görmək çox səthi baxış olardı. Qaydaları pozmaq, əslində, insan psixikasının dərin qatlarından qaynaqlanan bir davranış modelidir. Psixoloji baxımdan insanın ehtiyacları, duyğusal boşluqları və özünü ifadə formaları anlaşılmadan bu davranışı dəyişmək mümkün deyil”.
Ofelya Məmmədova deyir ki, qaydaları pozmaq insanın özünü ifadə etmə formasıdır:
“Məsələn, uzun müddət susdurulan, fikirlərinə dəyər verilməyən bir fərd bir anda sosial və ya ailə qaydalarını pozaraq “Mən də varam!” mesajını verir. Bu, daxildə yığılan emosiyaların partlayışı kimi başa düşülə bilər”.
Psixoloq qeyd edir ki, qayda pozuntularının bir neçə əsas səbəbi var:
“Bəzi hallarda qayda pozmaq nəzarət hissi üzərində mübarizənin nəticəsidir. İnsanlar həyatlarında çoxlu məcburiyyətlər hiss edəndə, ailə, iş və ya cəmiyyət tərəfindən sıxışdırılanda içlərindəki azadlıq ehtiyacını qayda pozmaqla yaşadırlar. Yəni bu davranış, “öz üzərində hakimiyyəti bərpa etmək” cəhdidir.
Bəzi insanlar isə qaydaları pozmaqla diqqət və tanınma ehtiyaclarını qarşılamağa çalışırlar. Xüsusilə uşaq və yeniyetmə yaşlarında bu davranış “məni görün” çağırışıdır. Qayda pozmaq onlar üçün üsyan deyil, “varlıq sübutu”dur.
Digər tərəfdən isə insanlar qaydaları pozurlar, çünki onların mənəvi sistemində bu qaydaların mənası yoxdur. Məsələn, ədalətsiz qayda və ya cəmiyyətin formal davranış normaları insanda daxili ziddiyyət yaradır. Bu halda qaydanı pozmaqla sanki ədaləti bərpa etdiyini düşünür”.
Psixoloq Nizami Orucov isə deyir ki, insanların qaydaları pozması bəzən də azadlıq və müstəqillik ehtiyacından qaynaqlanır:
“Hər kəs istəyir ki, öz qərarlarını özü versin, həyatına nəzarət edə bilsin. Amma qaydalar çox sərt, məcburi və ya basqı kimi təqdim olunanda, insan bunu azadlığına müdaxilə kimi qəbul edir. Bu zaman qaydanı pozmaq, bir növ “öz gücünü geri almaq” və “mən də varam” demək forması olur”.
Nizami Orucov bildirir ki, qayda pozuntularında sosial təsir də böyük rol oynayır:
“Ətrafdakı insanlar qaydaları pozursa və bu normal qarşılanırsa, fərd də bunu problemli saymır. “Hamı eləyir, mən niyə eləməyim?” düşüncəsi yaranır və məsuliyyət hissi bir növ paylaşılır. Yəni insanın qaydanı pozanda məqsədi bəzən nə üsyan etmək, nə də kiməsə zərər vermək olur. O, sadəcə içindəki tarazlığı qorumağa, azadlıq hissini ifadə etməyə və bəzən də ədalətsiz gördüyü sistemə qarşı reaksiya verməyə çalışır”.
Fəridə Əsədzadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 07 Noyabr 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri