Icma.az
close
up
RU
Qayıdışımız Ermənistan xalqını və dövlətini qorxutmamalıdır

Qayıdışımız Ermənistan xalqını və dövlətini qorxutmamalıdır

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çünki Prezident İlham Əliyev təminat verir

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqdakı çıxışında bir sıra tarixi həqiqətləri açıqlamaqla, Ermənistan cəmiyyətinə də mesaj vermiş oldu. Yazımızda bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir məqamın üzərində dayanaq.

Məlum olduğu kimi, ümumən erməni cəmiyyətinin ayrı-ayrı təbəqələrində Azərbaycanın guya Ermənistanı işğal etmək istədiyinə dair fikir var. Əlbəttə, bu kimi sərsəmliklər erməni cəmiyyətinə xaricdən də ixrac olunmaqdadır. Məqsəd bəllidir: Azərbaycanlılarla ermənilər arasında münaqişə məntiqini qorumaq. Tam aydındır ki, bəzi qüvvələr bu məntiqi özlərinin Cənubi Qafqaz planlarının gələcəyi üçün müstəsna alət kimi görürlər.

Prezident İlham Əliyev isə çıxışında sadə reallığı ortaya qoyaraq bildirdi ki, Azərbaycan əhalisi ölkə hüdudlarından kənarda da yaşayır: “Ermənistanda da yaşayıb, amma oradan qovulub. Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar”.

Prezident İlham Əliyevin üzərində dayandığı vacib nüans azərbaycanlıların heç vaxt separatizm xəstəliyinə düçar olmadıqlarıdır. Ölkəmizin lideri bu fikri ilə əslində fərqi anladır. Yəni, ermənilərdən fərqli olaraq, azərbaycanlılar nəinki separatizm, habelə təfriqə və nifaq yolu tutmurlar və tutmayıblar. Əksinə, “Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq”.

Bunları qeyd edən Prezident İlham Əliyev nəticəyə gəlir və Ermənistana başlıca mesajı çatdırır: “Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır”, - deyən ölkəmizin liderinin vaxtilə səsləndirdiyi “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” fikrini təkrarlaması da xüsusi anlam daşıyır. Anlam Azərbaycanın Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının dinc məqsədə söykənməsidir.

Ermənilərin Cənubi Qafqaza köçürülmə xalq olduğunu bilirik. Onu da bilirik ki, vaxtilə çar Rusiyası tərəfindən həyata keçirilmiş köçürmə siyasəti etnik və dini tərkibi dəyişmək məqsədi daşıyıb. Sonrakı dövrün hadisə və proseslərini də unutmuruq. Söhbət dinc azərbaycanlılara qarşı törədilmiş amansızlıqlardan, onların üzləşdikləri zülm və iztirab səhnələrindən gedir.

Məlumdur ki, həm rus, həm də Qərb imperializmi ermənilərin əli ilə türk dünyasını bir-birindən ayırmaq kimi mənfur planı həyata keçirmiş və istəyinə çatmışdı. Plan isə kifayət qədər əhatəli olmuşdu ki, Prezident İlham Əliyev çıxışında bununla bağlı da fikirlərini səsləndirib: “Təkcə XX əsrin əvvəllərində çar Rusiyası tərəfindən dərc edilmiş xəritələrə baxmaq kifayətdir hər kəs görsün ki, indiki Ermənistan ərazisində toponimlərin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. O xəritələrdə Sevan gölü adlı göl yoxdur. O xəritələrdə Göyçə gölüdür və bütün digər bizim istifadə etdiyimiz tarixi toponimlərimiz orada öz əksini tapıb. O xəritələri biz tərtib etməmişik ki, kimsə desin biz burada saxtakarlıq eləyirik. Bunu çar Rusiyası edib”.

Bəli, Prezident İlham Əliyevin təbirincə desək, İrandan və Şərqi Anadoludan Cənubi Qafqaza etnik və dini tərkibi dəyişmək üçün gətirilmiş ermənilər eyni zamanda, yer adlarımızı, toponimlərimizi dəyişdirdilər. Məsələn, Ağkilsəmiz Lusakunk, Gölkəndimiz Norasat, Basarkeçərimiz Vardenis, Zəngəzurumuz Sünik oldu. Daha neçə-neçə bu kimi misallar gətirmək mümkündür. Onu da deyək ki, yer adlarımızın və toponimlərimizin dəyişdirilməsi azərbaycanlıların Ermənistandakı ata-baba yurdlarından deportasiyası ilə paralel şəkildə aparıldı. Proses yalnız kənd adlarını deyil, coğrafi obyektləri, hidronimləri (çay, göl adları) və oronomları (dağ, zirvə, təpə adları) da əhatə etdi. Dövlətimizin başçısının vurğuladığı, daha doğrusu, elm ictimaiyyəti qarşısında müəyyənləşdirdiyi vəzifə isə budur: “Ona görə biz bunu təbliğ etməliyik, tədqiq etməliyik”.

Təbliğ və tədqiq etməli, eyni zamanda, mövcud istiqamətdəki elmi əsərlərin sayı çoxaldılmalı, sərgilər, təqdimatlar keçirilməli, tarixi xəritələrin dərci həyata keçirilməlidir. Bütün bu tədbirlər ona görə reallaşdırılmalıdır ki, əsl həqiqətlər aşkara çıxsın, həmçinin, bir daha unutqanlığımızın acı nəticələri ilə üzləşməyək.

Sonda bir daha deyək ki, Azərbaycana gələcəyə baxır. Məqsədimiz Cənubi Qafqaz coğrafiyasında sülhün və əmin-amanlığın, dinc birgəyaşamın qərarlaşması, bölgəmizin münaqişələrdən, ziddiyyətlərdən, qanlı qarşıdurmalardan uzaq sülh və rifah məkanına çevrilməsidir. Bu məkanda ədalət əbədi zəfər mahiyyətini qorumalıdır. Tarixin təbəddülatları fonunda yaranmış Ermənistan dövləti də otuz ildən artıq davam etmiş işğalçılığa deyil, haqq-ədalət prinsiplərinə əsaslanmalıdır. Onun başqa çıxış yolunun olmadığını 44 günlük müharibə də göstərdi, savaşdan sonra yaşananlar da.

Ən sonda onu da deyək ki, Prezident İlham Əliyevin yuxarıda diqqətə çatdırdığımız fikirlərinə təminat kontekstindən də yanaşmaq mümkündür. Dövlətimizin başçısı tarixi faktları, müasir Azərbaycan dövlətinin yanaşmasını açıqlamaqla, eyni zamanda təminat verir. Erməni cəmiyyəti bu barədə də düşünməli və dərk etməlidir ki, Prezident İlham Əliyevin verdiyi təminat həm də Ermənistan dövləti üçün gələcək mövcudiyyət paktıdır. Mövcudiyyət isə yalnız qonşularla normal, səmimi münasibətlər şəraitində mümkündür.

Ə.CAHANGİROĞLU
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Noyabr 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri