Icma.az
close
up
RU
Qayıdışın ikiqat bayram sevinci

Qayıdışın ikiqat bayram sevinci

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağdam da köçkün sakinlərinə qucaq açdı

Baharın ilıq nəfəsinin duyulması ilə Novruz çal-çağırına bürünmüş Qarabağda bayram şənliyi şənliyə qarışdı, mənfur düşmən işğalından azad edilmiş daha bir rayonumuz yenidən öz sakinlərinə qucaq açdı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bölgəyə növbəti səfərləri zamanı xalqımıza bəxş etdikləri bayram müjdəsindən isə, sözsüz, ağdamlılara ən böyük sevinc payı düşdü.

Belə ki, dövlət başçısı və birinci xanım martın 27-də Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak edərək yeni mənzillərə köçən sakinlərlə görüşdülər, onlara evlərin açarlarını təqdim olundu. Bundan sonra 32 illik Vətən həsrəti sona çatan sarıcalılar ata-baba torpağında yeni tikilmiş, müasir, yarlı-yaraşıqlı evlərində xoşbəxt yaşayacaq, qalib ölkənin qürurlu vətəndaşları kimi doğma Qarabağın inkişafında, dirçəlişində iştirak edəcəklər.

Böyük Qayıdışın mövbəti ünvanına çevrilən Ağdama səfərləri çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sarıcalı kəndində körpələr evi-uşaq bağçasının, tam orta məktəbin və yerli icra strukturları üçün inşa olunmuş çoxfunksiyalı inzibati binanın açılışında iştirak etdilər, yeni tikilmiş fərdi yaşayış evlərində yaradılan şəraitlə də tanış oldular.

Bununla da dövlətimizin başçısı keçmiş məburi köçkünlərin öz doğma yurdlarına qayıdışı, burada onlar üçün əlverişli həyat şəraitinin yaradılması və məşğulluqlarının diqqətdə saxlanılması, xüsusilə gələcəyimiz olan uşaqların və gənclərin təlim-tərbiyəsi üçün bütün zəruri infrastrukturun mövcudluğu məsələlərinə nə qədər həssaslıqla yanaşdığını bir daha nümayiş etdirdi.

Prezident İlham Əliyev Sarıcalıya yeni köçən sakinlərlə görüşü zamanı çıxışında bu il Ağdam rayonunun digər kəndlərinə reallaşacaq qayıdışın müjdəsini də verdi: “Ağdam rayonunun işğaldan sonra birinci yaşayış məntəqəsi keçmiş köçkünlərin sərəncamına verilir. Ancaq bu il digər kəndlərə də ağdamlılar qayıdacaqlar. Kəngərli, Xıdırlı kəndlərinə bu il qayıdış nəzərdə tutulub, digər kəndlərdə inşaat işləri gedir. Təbii olaraq, Ağdam şəhəri sıfırdan qurulur, yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək”.

Qeyd edək ki, əvvəllər 239 ailənin, ümumilikdə, 1024 nəfər əhalinin yaşadığı Sarıcalı kəndi 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal dövründə kənd viran qoyularaq xarabalığa çevrilib, burada yaşayış evləri ilə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də ermənilər tərəfindən vəhşicəsinə məhv edilib. Rəşadətli ordumuzun Vətən müharibəsində qazandığı şanlı qələbədən sonra Ağdam rayonu 2020-ci il noyabrın 20-də Azərbaycana qaytarılıb və işğaldan azad edildikdən sonra Sarıcalıda azərbaycanlılara aid kütləvi məzarlıq aşkarlanıb.

Təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulan yeni Sarıcalı kəndinə 1873 nəfər əhalinin köçürülməsi planlaşdırılıb. Layihələndirilən ümumi ərazi 123 hektardan çoxdur və ümumilikdə kənddə 2 mərhələ üzrə 425 fərdi evin inşası nəzərdə tutulub. Burada əhalinin məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Sosial məsələlər də diqqətdən kənarda qalmayıb. Belə ki, daxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, kənd qazla təmin olunub. Birinci mərhələ üzrə buraya 895 nəfərdən ibarət 203 ailənin köçürülməsi planlaşdırılır və artıq iki, üç, dörd və beşotaqlı 203 fərdi ev inşa olunub. Məskunlaşdırılacaq əhalinin gələcək sayı nəzərə alınaraq kəndin salınmasının birinci mərhələsi üçün 54 hektar torpaq sahəsi ayrılıb.

Dövlətimizin başçısının və birinci xanımın martın 27-də bölgəyə növbəti səfərləri Qarabağın incisi olan Şuşa şəhəri üçün də əlamətdar oldu. Belə ki, Prezident İlham Əliyev və Mehriban Əliyeva Şuşada tarixi Çöl Qala məscidinin və bulağının bərpadan sonra açılışında iştirak etdilər, iaşə obyektlərində yaradılan şəraitlə, Qarabağ küçəsində, Şuşa Müalicə-Sağlamlıq Mərkəzində və Yeni Şuşa məscidində aparılan tikinti işləri ilə tanış oldular.

Məsciddə 2023-cü ildən başlanan bərpa işləri Heydər Əliyev Fondu tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə aparılıb. Ötən müddət ərzində məscidin həyətinin deformasiyaya uğrayan əksər döşəmə daşları sökülərək möhkəmləndirilib və fərş döşəmə bərpa edilib. Dəmir giriş qapısı və hasar üzərindəki məhəccərlər Qarabağ memarlığına xas bəzəklərlə hazırlanıb. Yerli daşdan tikilmiş məscidin fasadının dağılmış hissələri tam bərpa olunub, təhlükəli vəziyyətə düşmüş atma və guşə daşları çıxarılaraq yenidən restavrasiya edilib. Mərtəbələrarası taxta örtük konstruksiyası quraşdırıldıqdan sonra yaranan eyvan şüşəbəndlə tamamlanıb. Məscid giriş hissə, ibadət zalı və köməkçi otaqlardan ibarətdir. Şuşanın digər məscidlərindən fərqli olaraq, burada giriş sağ tərəfdən daş pillələrlə təmin olunub. Açıq tamburdan otağa və ibadət zalına keçid var. Məscidin inşasında istifadə olunan daşlar bərpa edilib, mehrab yenidən qurularaq üzərinə “Qurani-Kərim”dən ayələr və naxışlar işlənib.

Çöl Qala məscidinin yaxınlığında yerləşən və XIX əsrə aid olan Çöl Qala bulağı da bərpa edilib. Dördbucaqlı formada olan bulaq yaxınlıqdakı məscidlərin üslubunda inşa edilib. Bərpa prosesində bulağın orijinal memarlıq üslubu qorunub, strukturu möhkəmləndirilib və əvvəlki görünüşü özünə qaytarılıb.

Qeyd edək ki, XIX əsrdə Kərbəlayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Çöl Qala məscidi həmin dövrdə Şuşada fəaliyyət göstərən 17 məsciddən biri olub. Bu tarixi abidə və bulaq Şuşa şəhərinin işğalından sonra ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış və talan edilmişdi. Ancaq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyi kimi, tarixi irsinə, dini-mədəni abidələrinə sahib çıxmağı da bacardığını bütün dünyaya nümayiş etdirir. Dövlətimizin başçısının və birinci xanımın bölgəyə növbəti səfərləri isə xalqımıza ikiqat bayram sevinci yaşatdı, Qarabağın dirçəlişinin və inkişafının yeni mərhələsinə rəvac verdi.

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri