Icma.az
close
up
RU
QAYIDIŞın ilk addımları...

QAYIDIŞın ilk addımları...

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mənəvi varlığımızın, tarixi yaddaşımızın dirçəldilməsi

İrəvan Qazılığının fəaliyyəti bərpa olunub

Tarixi ədalətin bərpası - zamanında indiki Ermənistanın yerləşdiyi yurd yerlərimizdən zorla çıxarılan soydaşlarımızın qayıdış hüqunun təmin edilməsi istiqamətində daha bir mühüm addım atılıb. Belə ki, İrəvan Qazılığının fəaliyyəti bərpa olunub. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Bakıda keçirilən iclasında Bəxtiyar Nəcəfovun İrəvan qazısı vəzifəsinə təyinatı məsələsi müzakirəyə çıxarılıb və səsvermə ilə müvafiq qərar qəbul edilib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bildirib ki, bu təyinat İrəvan bölgəsində dini fəaliyyətin yenidən təşkili, tarixi-mənəvi irsin qorunması və dini dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyətə malikdir.

İrəvan Qazılığı hələlik QMİ-nin binasında yerləşəcək.

Tarixi ərazilərimizdən azərbaycanlıların zorla çıxarılması

Qərbi Azərbaycan icması bir toplum olaraq haqqı tapdanan yüz minlərlə soydaşımızı və onların qanuni varislərini əhatə edir. Bu icmanın adı zamanında soydaşlarımızın yaşadıqları tarixi ərazilərimizin adından götürülüb. Yəni bugünkü Ermənistan Azərbaycanın Qərb bölgələrində yaradılıb və həmin ərazilərdən aborigen sakinlər olan azərbaycanlılar iradələrinin əksinə olaraq zorla çıxarılıblar, müxtəlif dönəmlərdə amansız deportasiyalara məruz qalıblar.

Bu məkrli plan bir neçə mərhələdə reallaşdırılıb.  XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib.

Soydaşlarımızın sonuncu dəfə deportasiyaya məruz qaldıqları 1988-1991-ci illərdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar. Verilən məlumatlara əsasən, azərbaycanlıların Ermənistan ərazisində yerləşən ata-baba yurdlarından sonuncu deportasiyası zamanı 300-ə yaxın yaşayış məntəqəsindən 50 mindən artıq ailədən təxminən 300 min soydaşımız zorla qovulub, 200-dən artıq soydaşımız vəhşicəsinə qətlə yetirilib, 400 nəfərdən artıq insan yaralanıb, bir çoxlarının evləri, əmlakları yandırılıb, yandırılmayanlar isə ermənilər tərəfindən əvəzi ödənilmədən qəsb edilib.

Dövlətimiz və cəmiyyətimiz üçün yeni ümummilli ideya

Biz artıq dövlət və cəmiyyət olaraq üç onillik ərzində ölkəmizin gündəliyinin mərkəzində dayanan əsas ümummilli ideyamızın reallaşmasına  nail olmuşuq. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət və xalqımızın həmrəyliyi sayəsində 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində möhtəşəm qələbələr qazanaraq ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə nail olmuşuq.

Yeni mərhələdə qarşımızda dayanan əsas hədəflərdən biri isə soydaşlarımızın Qərbi Azərbaycana ləyaqətli qayıdışının təmin edilməsinə nail olmaqdır. Hazırda bu məsələ cəmiyyətimizi səfərbər edən əsas ümummilli ideyaya çevrilib. Soydaşlarımızın Qərbi Azərbaycana qayıdış ideyası məhz dövlətimizin başçısı tərəfindən gündəmə gətirilib. Prezident İlham Əliyev bununla bağlı dəfələrlə öz fikirlərini ifadə edib. Son 20 ildən artıq bir müddətdə dövlətimizin başçısının imzaladığı bir sıra sənədlər, o cümlədən Göyçə aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yubileyinin keçirilməsi, Bakıda onun abidəsinin ucaldılması soydaşlarımızın Qərbi Azərbaycana qaydışı üçün mənəvi zəmin formalaşdırır.

Azərbaycan Prezidenti sülhə, beynəlxalq hüquqa və tarixi ədalətə əsaslanan siyasət həyata keçirir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da bu üç prinsipə uyğun reallaşdırılır. İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların fərdi və kollektiv hüquqlarının təmin olunması Qayıdış Konsepsiyasının əsas hədəfini təşkil edir. Qayıdış Konsepsiyası beynəlxalq hüquqa və təcrübəyə əsaslanır. Ermənistan hakimiyyəti respublikamızda Qərbi Azərbaycan icmasının tarixi torpaqlarımıza qayıdışı ilə bağlı müzakirələrin aparılmasını Azərbaycanın bu dövlətə qarşı ərazi iddiaları irəli sürməsi anlamında təqdim edir. Bu, kökündən yanlışdır və Ermənistanın siyasi rəhbərliyinin növbəti dəfə  məsuliyyətdən yayınmaq, beynəlxalq ictimaiyyəti aldatmaq cəhdidir.  Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququ zamanında doğma yurd yerlərindən zorla qovulmuş azərbaycanlılara da şamil olunmalıdır.

Artıq Qərbi Azərbaycan İcması soydaşlarımızın tarixi yurd yerlərinə ləyaqətli qayıdışının təmin edilməsi istiqamətində praktiki müstəvidə əməli fəaliyyətlər həyata keçirilir. Qərbi Azərbaycana qayıdış ideyasının beynəlxalq gündəliyə çıxarılması mühüm hadisədir. Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin verdiyi məlumata əsasən, dünyanın bir çox ölkə və qurumlarına, siyasətçilərinə onlarla məktub və müraciətlər ünvanlanıb, icmanın yüzlərlə bəyanatı qəbul edilib. Bu gün Qərbi Azərbaycan İcmasının onadək sənədi artıq BMT-nin rəsmi sənədi kimi bütün rəsmi dillərdə və beynəlxalq qurumun üzvü olan bütün dövlətlər arasında yayılıb. 200 il ərzində ermənilər tərəfindən doğma ocaqlarından qovulmuş, artıq geriyə qayıda bilmək ümidini itirməkdə olan qaçqınlarda inam yaradılıb, insanlarımız bu ideya ətrafında sürətlə kənd-kənd, rayon-rayon təşkilatlanıb, Qərbi Azərbaycanın 24 rayonu və 277 yaşayış məntəqəsi üzrə icmalar formalaşdırılıb, Azərbaycanın 41 rayonu üzrə nümayəndəliklər qərargahla təmin olunub. Bütün bunlar onu deməyə əsas verir ki, biz Qərbi Azərbaycana qayıdışa doğru addım-addım irəliləyirik.

Qədim İrəvanın geniş əhatə dairəsinə malik müsəlman dini icması

İrəvan Qazılığının bərpası mənəvi varlığımızın dirçəldilməsi, tarixi yaddaşımızın bərpası baxımından çox önəmli məsələdir. Şeyxülislam Allahşükür Paşazadə çıxışında qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi İrəvan Qazılığının yenidən bərpa olunmasını zamanın çağırışı və tarixi ədalətin təntənəsi kimi qiymətləndirir.

Azərbaycanlıların həyatı artıq yüz illiklərdir ki, bilavasitə İslam dini ilə sıx bağlıdır. Soydaşlarımız harada yaşamalarından asılı olmayaraq İslam dininə etiqad göstərməklə yanaşı, bu mədəniyyətin zənginləşməsinə də öz töhfələrini veriblər. Yuxarıda qeyd etdiyimiz deportasiyalardan əvvəlki mərhələlərdə indiki Ermənistan ərazisində də İslam dini ilə bağlı böyük icma mövcud olub və bu icma tərəfindən müxtəlif ünvanlarda çoxlu sayda ibadət ocaqları, məscidlər yaradılıb. Arxiv sənədlərinə əsasən  1888-ci ildə İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. 1889-cu ilədək İrəvan və İrəvan quberniyasında müsəlmanlara xidmət göstərən 49 ruhani dairəsi mövcud olub. Bu dairələrin mollaları 1873-1879-cu illərdə qubernator tərəfindən təyin edilirdi. 1891-ci ildə İrəvan şəhərində 8 məscid, 11 dairə olub, qəzalarda isə məscidlərin sayı 37-yə çatmışdı.

Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, Türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid fəaliyyət göstərib. İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri - Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq, Börkü məhəllələri, Dəlməbulaq, Qırxbulaq, Sərdar bulaqları, Gedərçay, Qırxbulaq, Zəngi çayları, Dərə bağı, Dərəkənd, Şəhər, Fəhlə, Böyük meydanları, Göy məscid, Qala məscidi, Hacı Bəyim məscidi, Zal xan məscidi, Günlüklü məscidi, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə təpələri və s. toponimlər şəhərin zəngin müsəlman mirasına sahiblik etdiyini təsdiqləyən önəmli göstəricidir.

Qeyd edək ki, İrəvan həm də İslam tədris  mərkəzlərindən biri olub. Arxiv sənədlərinə əsasən 1891-ci ildə İrəvan quberniyasında 28 mədrəsə fəaliyyət göstərib və bu mədrəsələrdə 637 tələbə təhsil alıb. Zamanında İrəvanın tanınmış soylarının bir çoxu ruhani təbəqəsinə aid olub.

İndiki Ermənistan ərazisində müsəlman dini icmasının geniş şəkildə mövcudluğu erməni mənbələrində də öz əksini tapıb. Erməni tarixçisi Tadevos Hakopyan yazır ki, 1923-cü ildə İrəvandakı məscid və kilsələrdən əlyazmalar toplanaraq Eçmiədzin kilsəsindəki əlyazmalar fonduna təhvil verilmişdi. Məscidlərdə saxlanılan əlyazmaların böyük əksəriyyətini Quran və İslam dininə aid kitablar təşkil edib. Qafqazın ilk şeyxülislamlarından biri olan Şeyxülislam Fazil İrəvani də 1847-1852-ci illərdə məhz İrəvanda şeyxülislam olub. Ancaq İrəvanda şeyxülislamlıqdan və dini məclisdən əvvəl “müsəlman dini şəriət” idarəsi fəaliyyət göstərib. Bu idarəyə Əkbər Ağa Axund Molla Məhəmməd oğlu başçılıq edib.

Ermənistanda azərbaycanlılara məxsus tarixi izlərin məqsədli şəkildə yox edilməsi dövlət səviyyəsində sistemli şəkildə həyata keçirlən bir siyasətdir. “Deportasiya” sözü yalnız soydaşlarımızın qurub-yaratdıqları evlərdən çıxarılması və köçürülməsi anlamında qəbul edilməməlidir. Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib. Belə ki, bəhs olunan ərazilərdən azərbaycanlıların didərgin salınmaları, müxtəlif adlar altında sürgünə göndərilmələri dini-mədəni abidələrimizin dağıdılması, qədim toponimlərimizin dəyişdirlib eybəcər adlarla əvəzlənmsi, hətta qəbiristanlıqların belə təhqirlərə məruz qalması ilə müşayiət olunub. Ermənilər dini kimliyimizə açıq-aşkar qəsd ediblər. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə  digər mənşəli abidə kimi “yenidən təmir edilib”. Dağıdılmış abidələr arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi də var. həmçinin  İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib. Siyahı kifayət qədər uzundur. Bütövlükdə 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. İrəvan Qazılığının fəaliyyətinin bərpası tarixi ədalətsizliyin aradan qaldırlması yolunda atılmış çox mühüm addımdır.

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 May 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hər beş uşaqdan biri piylənmədən əziyyət çəkir” Tramp

23 May 2025 06:45see211

Bu tədris ili üçün ali təhsil müəssisələrinə ayrılmış plan yerlərinin sayı artırılıb

23 May 2025 11:28see197

Göyçay İcra Hakimiyyətində 8 vakant yer var

22 May 2025 16:24see130

Şahin İsmayılov: Azərbaycan TDT nin gücləndirilməsi istiqamətində önəmli addımlar atır

23 May 2025 11:06see123

Avropa İttifaqı Azərbaycan Təhlükəsizlik Dialoqunun 6 ci iclası keçirildi FOTO

23 May 2025 02:31see123

ABŞ da kiçik təyyarə evlərin üzərinə düşdü 15 ev və maşınlar yanıb

22 May 2025 20:27see123

Ülviyyə Kazımova Almaniyada solo konsert programı ilə çıxış edib FOTO

22 May 2025 17:01see123

Hokinq 2025 ci ili necə proqnozlaşdırmışdı? Onun sözləri qorxunc dəqiqliklə doğru çıxır

23 May 2025 14:38see121

Mikayıl Cabbarova yeni vəzifə verildi

22 May 2025 18:00see119

Heydər Əliyev və memarlıqda milli üslub

24 May 2025 01:22see117

Luka Modriç “Real Madrid”dən gedir Klubda 13 il oynayıb

22 May 2025 19:34see117

Harvarda beynəlxalq tələbələrin qəbulu qadağan edildi

22 May 2025 23:34see116

AZAL dan təyyarədə pəncərə kənarında oturmaq üçün əlavə pul alınması iddialarına CAVAB

23 May 2025 14:24see116

Trampın Harvard, Yel kimi universitetlərlə problemi nin kökündə nə dayanır?

23 May 2025 19:22see116

Dua Lipa Qalatasaray dan nə qədər qonorar tələb edib?

23 May 2025 14:41see116

Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK dan ŞİKAYƏT

23 May 2025 20:31see116

Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı liderlik statusu

22 May 2025 17:02see115

Heç kimə görə beh qaytarmaram

23 May 2025 12:17see115

ABŞ ın Kaliforniya ştatında təyyarə qəzası nəticəsində azı 2 nəfər ölüb

23 May 2025 09:10see114

Yatmazdan əvvəl hansı qidaları qəbul etmək olmaz?

23 May 2025 03:19see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri