Icma.az
close
up
RU
Qayınana hökmü, Çin qozu , pulla danışan satıcılar Novruz ərəfəsində bayram bazarlığı

Qayınana hökmü, Çin qozu , pulla danışan satıcılar Novruz ərəfəsində bayram bazarlığı

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bala, hazırda alıcılıq çox zəifdir. Qazancımız üç-beş daimi alıcımız var, onlardan gəlir. Gəlib hər gün bazarlıq edib gedirlər".

Bunu Novruz bayramı ərəfəsində bazardakı vəziyyətlə maraqlanan Oxu.Az-ın əməkdaşına satıcılardan biri deyib. Reportajı təqdim edirik:

Yaz gəlişi ilə torpağı canlandırdığı kimi, bazarda da bolluq yaradacaq düşüncəsi ilə əlimizdə mikrofon yollanırıq Bakıdakı bazarlardan birinə.

"Pul verin, danışım"

Əlimizdə mikrofon görən satıcılar bir-birinə baxıb qımışırlar. Piştaxta arxasından boylanan dayıya yaxınlaşıb meyvə-tərəvəzin qiymətini soruşmaq istəyirəm ki, üzündə fərqli ifadə ilə: "Pul ver, danışım, mən pulsuz heç kimə danışmıram", - deyib üzünü çevirir.

Ümidimizi itirmirik, əlbəttə ki, suallarımıza ürəklə cavab vermək istəyən tapılacaq.

Səməni, saxla məni

Bazarda hara baxırıq, piştaxtalar arasında Novruz bayramının simvolu olan səmənilər boy verir. Müxtəlif çeşiddə, cürbəcür bəzədilmiş, al-əlvan səmənilər insanın əhvalını bir anda gözəlləşdirir.

Piştaxtası insanı valeh edən satıcı Babək Babazadə deyir ki, səmənilərin qiyməti dekorlarına görə dəyişir:

"Lap sadə olan səmənilərimizin qiyməti iki manatdır. Dekor və ölçülərinə görə qiymətlər dəyişir. Parça, ağac budaqları ilə bəzədilmiş ortaölçülü bir səməninin qiyməti 10 manatdır. Üzərində dekoru çox olanlar isə 18 manatadır. Böyük, kənarları ağac budağı ilə dizayn olunan səmənilərimizin qiyməti isə 45-50 manat arasında dəyişir. Belə qabların içindəki səməni saraldıqda onu başqası ilə əvəz etmək mümkündür, ona görə bu qiymətədir. Kənarı hasarlanmış dizaynda olan eyniölçülü səmənilərimiz 25 manatadır. Qiymət fərqi dekor müxtəlifliyinə görə dəyişir.

Çərəzlər üçün xüsusi hazırlanmış qabları isə 40-45 manata satırıq".

"Oy, nə baha!"

Çərəz adı eşidib üz tuturuq qidalar satılan bölmələrə.

Çeşid müxtəlif, rəngarənglik yetəri qədər, satıcıların yorğun simalarında gözəl təbəssüm, gəl gör ki, alıcı çox az...

Bir piştaxtaya yarım saata ancaq bir alıcı yaxınlaşa, ya yox. O da: "Oy, nə baha", - deyərək qaçır.

Göyərti satışı ilə məşğul olan, əlindəki balaca qabla göyləri sulayan xala deyir ki, günortaya qədər gözləsələr də, məhsul alan yoxdur:

"Bala, camaat heç nə almaq istəmir. Baxıb gedirlər. Daimi alış-veriş edən alıcılarımız kimdirsə, elə qazancımız da onlardan gəlir. Biz də onlar üçün buradayıq".

"Üzüsulu kartof"

Bazarı başına götürən tərəvəz ətri bizi dağ kimi qalaqlanmış piştaxtalara tərəf çəkir.

Satıcı alıcı qıtlığından gileylənir:

"Pomidor, xiyar, badımcan - kartofdan başqa, bütün hamısının bir kiloqramı 5 manatadır. Başqaları 7-8 manata satır. Biz özümüz gətiririk deyə qiyməti münasib qoymuşuq. Kartofun kiloqramı 1 manat 20 qəpiyədir. Kartofu Tovuzdan, pomidorları isə Bakı və Şəmkirdən gətiririk. Alıcılıq o qədər də yaxşı deyil. Eybi yox, yenə də olana şükür, amma vəziyyət ümumiyyətlə çətindir".

Qayınana hökmü

Çərəzlər satılan piştaxtanın arxasındakı satıcıdan qiymətləri soruşuram.

"Xanım, mən danışa bilmərəm, qayınanam qoymur", - deyərək kənara keçir.

Eh, nə edim? Digər piştaxtalara yaxınlaşıram. Bizi görcək kənara keçən satıcılar çərəzləri çəkməyə icazə versələr də, üzləri düşməsin deyə özləri piştaxtanın arxasında gizlənməyi seçirlər.

Dil bilmək fənddir

Bu dəm gözümə Hindistandan ölkəmizə gəlib bazarda alış-veriş edən turistlər dəyir. Satıcının ingilis dilində danışmaq bacarığı zəif olsa da, qiymətlər barədə məlumat verməyi bacarır. Mən də qulaq şahidi oluram.

Satıcılar zarafatlarından da geri qalmırlar.

Turist xanım qiymətdə endirim tələb edir, satıcı isə: "Çin qozudur, alın", - deyərək hindistanlı turistləri güldürür.

Beləcə, satıcılara "xeyir" verməsək də, bazardan xoş əhvalla çıxırıq.

Aygün Mirakif

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:245
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Mart 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri