Icma.az
close
up
RU
“Qayınana mənim süpürgəmdir, harda qoydum...” Qayınanasına “qayınanalıq” edən gəlinlər

“Qayınana mənim süpürgəmdir, harda qoydum...” Qayınanasına “qayınanalıq” edən gəlinlər

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəlin-qayınana problemi həmişə olub, bu gün də var, gələcəkdə olmayacağına kimsə zəmanət verə bilməz. Tək-tük ailə tapılar ki, qayınana gəlinə qızı kimi yanaşsın, gəlin də qayınanasına anası kimi hörmət qoysun.

Əgər əvvəllər zəhmli qayınanalar “Gəlin mənim süpürgəmdir, harda qoydum, orda da qalmalıdır” deyirdisə, indi, belə deyək, rollar dəyişib. Yəni, indi artıq bəzi gəlinlər gəlinlik yox, qayınanasına qayınanalıq edir: “Qayınana evin süpürgəsidir, qoyulduğu yerdə də qalmalıdır”...

Qayınana-gəlin problemlərinin kökündə nə durur? Qayınana gəlini ilə, eləscə də əksinə, niyə yola getmirlər?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Nabat Mirzəyevanın sözlərinə görə, heç bir dövrü eyni saymaq olmaq. 70-ci, 80-ci, 90-cı illər tamam fərqliydi, indi ayrı zəmanədir:

“İndiki 50, 60, 70 yaşlı ata-anası olanlara demək olmaz ki, onların dövrü başqa idi və o cür yaşamaq lazımdır. İndi fərqli dövr olduğundan kimisə başqa cür yaşamağa məcbur etmək olmaz”.

Müsahibimiz deyir ki, hazırda sosial şəbəkələr geniş vüsət aldığından, ordan xeyirli, eləcə də bizə fayda verməyən məlumatlar əldə edirik. Bi isə psixologiyaya təsir edir.

N.Mirzəyevanın sözlərinə görə, indi ailələrin əksəriyyəti sosial şəbəkələrdə gördükləri ailə modeli-rahat həyat qurmaq istəyir, heç kim onların işinə müdaxilə etmir kimi fikir formalaşır və artıq öz haqlarını qorumağa çalışırlar:

“Ancaq öz ailəmizi qorumaq adı altında yoldaşımızın valideynlərinə hörmətsizlik etməməliyik".

Psixoloq analarından gördüyü həyat mücadiləsinin təkrarlanmaması üçün gəncləri mərhələlərə bölür:

“Bir qismi “Mənim anam bu çətinlikləri keçib. Mən istəmirəm bu çətinlikləri yaşayım. Ata-anana hörmət edəcəm, lakin olar ki, biz ayrı bir evdə yaşayaq və yaxud bizim həyatımıza heç kim müdaxilə etməsin” deyir. Başqa bir qismi yoldaşının valideynləriylə ümumiyyətlə ayda-ildə bir dəfə görüşmək istəyir. Digərləri qayınana-qayınatadan ümumiyyətlə, uzaq durmağa çalışır”.

Nabat Mirzəyeva: Öz ailəmizi qorumaq adı altında yoldaşımızın valideynlərinə hörmətsizlik etməməliyik

Həmsöhbətimiz vurğulayıb ki, bəzi gəlinlər qayınanalarına düşmən münasibəti bəsləsələr də, unutmamalıdırlar ki, qayınana da bir anadır, hər birimiz öz anamıza hörmət etdiyimiz kimi, həyat yoldaşımızın anasına da eyni hörməti bəsləməliyik:

"Ailəmizdə söz-söhbət olmasın deyə mədəni bir şəkildə öz fikrimizi bildirmək, yoldaşımızdan bəzi şeyləri rica etmək ola bilər. Bizim yoldaşımıza görə borcumuz və haqqımızdır ki, yoldaşımızın anasına-atasına hörmət edək. Arada nə baş verirsə versin, bəzən valideynlə övlad arasında da atışmalar olur, belə məqamda da dönüb yenidən bir masada əyləşib yemək yeməyi bacarmağı, ünsiyyəti yenidən qurmağı, o hörməti balansa salmağı, söz-söhbət olmamış kimi o hörməti etməyi bacarmalıyıq. Hansı dövr olur olsun, biz qarşımızdakı insana ilk özümüzə, ikinci ailəmizə görə etməliyik".

Onun sözlərinə görə, biz bir daha əvvəlki dövrdə ola bilməyəcəyik, hətta bundan sonra gələcək yeni nəsillər də bizim dövrümüzdə baş verənləri bəyənməmək və qəbul etməmək düşüncələrində ola bilərlər:

“Ancaq insan olaraq hansı dövrdə yaşayırıqsa yaşayaq, fikir və düşüncələrimiz nə qədər dəyişirsə dəyişsin, böyüklərimizə qarşı hər zaman diqqətli, hörmətli olmalıyıq”.

Nuriyyə Musayeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Dekabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see181

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see175

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see173

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see147

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see147

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see144

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

Bütün azərbaycanlılar bilməlidirlər ki... Prezident

01 Yanvar 2026 00:11see140

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see136

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see136

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see135

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see131

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see131

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri