BMT Trampın planı fonunda Qəzza üçün humanitar səylər planlaşdırmağa başlayıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) artıq ABŞ prezidenti Donald Trampın təklif etdiyi plan əsasında Qəzza zolağına humanitar yardım göstərmək üçün öz fəaliyyətlərini planlaşdırmağa başlayır.
APA xəbər verir ki, bu barədə BMT baş katibinin mətbuat xidmətinin əməkdaşı Fərhan Haq məlumat verib.
Trampın təklif etdiyi plana görə, anklav sakinlərinə yardım BMT və münaqişə tərəflərinə bağlı olmayan digər beynəlxalq təşkilatlar vasitəsilə bölüşdürüləcək.
"Biz bu razılaşmanı tərəflərin qəbul edib-etmədiyini görməliyik. Lakin biz planlaşdırmağa başlayırıq və hər iki tərəflə, həmçinin ABŞ və digərləri ilə əlaqə saxlayacağıq", - o bildirib.

BMT Trampın Qəzza əhalisinin məcburi köçürülmə planı ilə razılaşmır
10 Fevral 2025 22:26
“Trampın Qəzza planı qəbuledilməzdir”
05 Fevral 2025 13:02
Donald Trampın Qəzza üçün 20 maddəli Sülh planı AÇIQLANDI
29 Sentyabr 2025 23:05
Trampın Qəzza planı: İsrail çıxır...
26 Sentyabr 2025 07:08
BMT Trampın qərarına görə humanitar missiyaları azaldır
29 Yanvar 2025 09:50

