Icma.az
close
up
RU
Qayınana, qayınata və baldız öldü: Əslində keçmiş ərini öldürmək istəyirdi

Qayınana, qayınata və baldız öldü: Əslində keçmiş ərini öldürmək istəyirdi

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Bir nahar yeməyi düz üç nəfərin həyatına son qoyub. Həmin gün dəvətə qatılmayan yeganə şəxs isə əslində illərlə əsas hədəf olub.


 Sherg.az təfərrüatları təqdim edir.

Avstraliyada zəhərli göbələk yeməyi ilə üç nəfəri öldürməkdə təqsirli bilinən Erin Patterson haqqında məhkəmə sənədləri ilə üzə çıxan dəhşətli faktlar işi daha da qorxunc hala gətirib.

Məhkəmə sənədlərinə görə, 50 yaşlı Patterson keçmiş əri Simon Pattersonu dəfələrlə hədəfə alıb. O, köri, dürüm, bolonez makaron, penne bolonez, toyuq körisi və tərəvəzli köri sendviç kimi zərərsiz görünən yeməklərin içinə zəhər qatıb. Simon 2021-ci ilin noyabrı ilə 2022-ci ilin sentyabrı arasında keçirdiyi bütün zəhərlənmə şübhələrini tarix və yemək siyahısı ilə birlikdə bir cədvəldə qeyd etməyə başlayıb.


Zəhərlənmələr o qədər ağır təsir edib ki, Simon birində həftələrlə komada qalıb, müvəqqəti iflic keçirib və bağırsaqlarının bir hissəsi əməliyyatla götürülüb. Sənədlərə görə Patterson hətta qızlarının hazırladığı təəssüratını yaradaraq zəhərli şokoladlı peçenyelər də təqdim edib.

Hadisələrin ən ölümcül mərhələsi isə 29 iyul 2023-də baş verib. Erin Patterson evində verdiyi nahar yeməyində hazırladığı “Beef Wellington”un içinə ölümcül göbələklər əlavə edib. Qayınatası Don Patterson (70), qayınanası Gail Patterson (70) və Gailin bacısı Heather Wilkinson (66) xəstəxanaya aparılıb və qısa müddətdə dünyalarını dəyişiblər. Heatherin əri, yerli pastor Ian Wilkinson isə həftələrlə davam edən intensiv müalicədən sonra sağ qalmağı bacarıb. Simon Patterson da dəvət edilmişdi, lakin son anda nahara qatılmaqdan imtina edib.


Polis, ən azı bir zəhərlənmə cəhdində siçan zəhərinin istifadə olunduğunu düşünür. Erin Pattersonun kompüterində bu toksinlə bağlı ətraflı məlumatlar tapılıb. Bundan əlavə, 2020-ci ildə bir Facebook qrupunda “pişiyim göbələk yedikdən sonra qusdu” qeydi ilə göbələk şəkilləri paylaşdığı müəyyən edilib. Amma onun heç vaxt pişik saxlamadığı ortaya çıxıb. Prokurorlara görə bu, onun zəhərli göbələklərə marağının illər əvvələ dayandığını sübut edir.

İlkin mərhələdə keçmiş ərini öldürməyə cəhd ittihamları da işdə yer almışdı, lakin məhkəmə başlamazdan bir gecə əvvəl prokurorluq bu ittihamları geri çəkib. Həmçinin Pattersonun kompüterindəki zəhər araşdırmalarının münsiflər qarşısında təqdim olunmasına icazə verilməyib.

Keçən ay məhkəmə heyyəti tərəfindən üç qətl və bir qətl cəhdində təqsirli bilinən Erin Patterson hazırda həbsxanada hökmün oxunmasını gözləyir. Hər bir qətl ittihamı üzrə ömürlük həbs, cəhd ittihamı üzrə isə 25 il həbs cəzası ala bilər. Hökm 25 avqustda elan ediləcək, ardınca 28 günlük apellyasiya müddəti başlayacaq.

Turan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 Avqust 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see155

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see132

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see132

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see131

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see130

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see127

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri