Qayıqda partlayış baş verdi Çox sayıda xəsarət alan var
Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Mayami çimərliyində qayıqla bağlı hadisə nəticəsində ən azı 11 nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə turistlər və qayıqçılar üçün məşhur bir yer olan Haulover Sandbar yaxınlığında baş verib. Mayami-Dade Yanğından Mühafizə Xidmətinin məlumatına görə, qayıqda mümkün partlayış barədə zəng 9 may yerli vaxtla saat 12:48-də daxil olub. Xilasetmə qrupları, Florida Balıq və Vəhşi Təbiəti Mühafizə Komissiyasının və ABŞ Sahil Mühafizəsinin əməkdaşları ilə birlikdə hadisə yerinə göndərilib. Yaralanan 11 nəfərin hamısı yerli xəstəxanalara aparılıb. Hadisənin rəsmi səbəbi hələ müəyyən edilməyib. Gəmidə olan şəxslərdən biri "Miami Herald" qəzetinə verdiyi açıqlamada hadisəyə qaz sızmasının səbəb ola biləcəyini irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 10 May 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















