Qaynaq saçlardakı bilmədiyiniz təhlükə: xərçəng riski...
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Saçların həcmini artırmaq, saçları uzatmaq və fərqli saç düzümləri yaratmaq üçün istifadə edilən qaynaq saçların bilmədiyiniz zərərləri mövcuddur.
Ölkə.Az xarici kİV-ə istinadla xəbər verir ki, həm sintetik, həm də həqiqi insan saçlarından hazırlanmış geniş çeşidli məhsulları, məsələn, pariklər, hörüklər, saç uzatmaları və klipli saçları araşdıran tədqiqatçılar təəccüblü nəticələrə gəliblər.
Amerika Kimya Cəmiyyətinin dövri jurnalında dərc olunmuş araşdırmaya görə, bu məhsulların bir çoxunda təxminən 50 zərərli kimyəvi maddə aşkar edilib.
Bu məhsulları zərərli edən ən vacib detal onların uzunmüddətli istifadəsi və dəriyə yaxın olmasıdır.
Son araşdırmalar bu məhsulların döş xərçənginə, hormonal pozğunluqlara və reproduktiv sağlamlığa mənfi təsir göstərən kimyəvi maddələrlə əlaqəli ola biləcəyini ortaya qoyub.
Qeyd edək ki, qlobal qaynaq saç bazarının 2028-ci ilə qədər 14 milyard dolları keçəcəyi proqnozlaşdırılır.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 30 Mart 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















