Icma.az
close
up
RU
“Qaynar xəttə hər gün 6 mindən çox zəng daxil olur” KONKRET

“Qaynar xəttə hər gün 6 mindən çox zəng daxil olur” KONKRET

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Qısa zamanda fəaliyyəti yüksək səviyyədə təşkil edilən “112” qaynar telefon xətti bu gün vətəndaşlarımızın, habelə ölkəyə gələn qonaqların təhlükə anında müraciət edərək operativ yardım aldığı mühüm bir vasitəyə çevrilib. Təkcə bir rəqəmi qeyd etsək, insanların Fövqəladə Hallar Nazirliyinə olan güvəni barədə aydın təsəvvür yaranmış olar. Belə ki, yanğın, partlayış, avtoqəza, tikintidə, sənayedə və dağ-mədən işlərində təhlükəsizlik qaydalarının pozulması və digər məsələlərlə bağlı “112” qaynar xəttinə 2024-cü il ərzində 2,2 milyona yaxın və ya orta hesabla hər gün 6 mindən artıq zəng daxil olub”.

KONKRET.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Nazir qeyd edib ki, şəxsi heyətin praktiki vərdişlərini inkişaf etdirmək üçün mütəmadi təlimlər keçirilir:

“Kadrların peşəkar səviyyədə formalaşması üçün nəzəri bilik nə qədər vacibdirsə, praktiki vərdişlər də bir o qədər əhəmiyyətlidir. Məhz bu səbəbdən, mütəmadi olaraq müxtəlif təlimlər keçirilir. Təlimlərdə şəxsi heyətə həm də yeni texnika və avadanlıqlarla işləmək qaydaları praktiki olaraq real əməliyyat vəziyyətinə yaxın şəraitdə aşılanır. Bu çərçivədə, “Xəzər-2009”, “Xəzər-2010”, “Xəzər-2013”, “Xəzər-2015” taktiki, “Xəzər-2017”, “Bakı-2023” beynəlxalq, “Bakı-2025” əməliyyat-taktiki təlimlərini xüsusi qeyd etmək istəyirəm. Göstərilən təlimlər FHN-in malik olduğu maddi-texniki bazanı, kadr potensialını və fövqəladə hadisələrə çevik reaksiya imkanlarını nümayiş etdirməklə yanaşı, mülki müdafiə işinin lazımınca təşkil olunmasında, komandir-rəis heyətinin idarəetmə qabiliyyətinin yüksəldilməsində, axtarış, yanğın-xilasetmə işlərində iştirak edən şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Dekabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri