Qaz çənlərində təhlükəli vəziyyət FHN hərəkətə keçdi
Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağcabədidə təhlükəli vəziyyətdə işləyən maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.
Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Aşağı Avşar kəndində fərdi sahibkara məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar. Marqarita pizza
Yoxlama zamanı məntəqədə quraşdırılmış 2 maye qaz çəninin qoruyucu klapanlarının dövri yoxlamadan keçirilmədiyi, həmçinin çənlərə texniki baxışın aparılmadığı müəyyən edilib.
Nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və aşkar edilmiş pozuntuların insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.
Pozuntuların aradan qaldırılması ilə bağlı tərtib edilmiş aktın bir nüsxəsi sahibkara təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 17 Sentyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















