Icma.az
close
up
RU
Menu

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Qaz limitini aşanlar OXUSUN Sərfiyyat azalacaq?

Qaz limitini aşanlar OXUSUN Sərfiyyat azalacaq?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Soyuqlar düşən kimi hamımızı bir sual düşündürür: evi necə qızdıraq ki, həm isti olsun, həm də ayın sonunda gələn kommunal qəbzlər büdcəmizə ciddi zərbə vurmasın?

Son vaxtlar istilik sistemləri bazarında elektrikli kombilərə marağın artması da bu sualı yenidən gündəmə gətirib. İstehsalçılar və satıcılar bu cihazların təhlükəsizliyini, rahat quraşdırılmasını önə çəkirlər. Bəs elektrikli kombilər doğrudanmı qaz kombilərinə alternativ ola bilər? Onlardan istifadə ailə büdcəsinə qənaət gətirəcək, yoxsa daha böyük elektrik xərcləri ilə nəticələnəcək?

Məsələyə ilk növbədə iqtisadi tərəfdən yanaşaq. Əgər evinizdə təbii qaz varsa, elektrikli kombiyə keçmək heç də həmişə sərfəli seçim deyil. Çünki qazla elektrik enerjisinin tarifləri və istilik əldə etmək üçün tələb olunan enerji miqdarı fərqlidir. Elektrikli kombi işləyərkən sərf etdiyi enerjinin böyük hissəsini istiliyə çevirsə də, bu, onun mütləq daha ucuz başa gəlməsi demək deyil. Xüsusilə qış aylarında uzun müddət işləyən və yüksək güc tələb edən cihazların elektrik sərfiyyatı ciddi arta bilər.

Məsələn, 100 kvadratmetrlik mənzilin qızdırılması üçün tələb olunan xərc binanın istilik izolyasiyasından, çöldəki temperaturdan, kombinin gücündən və istifadə rejimindən asılıdır. Eyni sahədə yerləşən iki mənzilin belə istilik xərcləri fərqli ola bilər. Buna görə də elektrikli və qaz kombilərinin aylıq xərclərini müqayisə edərkən yalnız cihazın qiymətini deyil, real enerji sərfiyyatını da nəzərə almaq lazımdır.

Elektrikli kombilərin əsas üstünlüklərindən biri qaz sızması, dəm qazı zəhərlənməsi və yanma prosesi ilə bağlı risklərin olmamasıdır. Bundan başqa, ənənəvi qaz kombilərindən fərqli olaraq, yanma məhsullarının xaric edilməsi üçün baca tələb olunmur. Bu xüsusiyyət qaz xətti olmayan yeni tikililərdə və bağ evlərində elektrikli kombiləri alternativə çevirir. Lakin məsələnin başqa tərəfi də var: elektrik infrastrukturu belə cihazların geniş istifadəsinə hazırdırmı?

Təsəvvür edək ki, çoxmənzilli binada bir ailə elektrikli kombi quraşdırır. Məişət cihazları ilə yanaşı, 9-12 kilovat gücündə kombinin də işləməsi mənzilin elektrik xəttinə ciddi əlavə yük yaradır. Üstəlik, bu tip cihazların bir çoxu üçfazalı elektrik təchizatı tələb edir. Köhnə yaşayış binalarında isə daxili naqillər, elektrik lövhələri və ümumi təchizat xətləri belə yüklənməyə uyğun olmaya bilər. Əgər elektrikli kombilərdən istifadə kütləviləşərsə, xüsusilə qışın soyuq axşamlarında elektrik şəbəkəsinin yüklənməsi problemi daha da aktuallaşa bilər. Yüklənmə nəticəsində gərginliyin aşağı düşməsi, avtomat açarların açılması, naqillərin həddindən artıq qızması və uyğun olmayan elektrik qurğularında yanğın təhlükəsi yarana bilər. Transformatorların və paylayıcı xətlərin imkanları da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Musavat.com-a danışan kommunal məsələlər üzrə ekspert Əhməd Rəhmanov da elektriklə işləyən su qızdırıcılarının quraşdırılması zamanı həm texniki, həm də təhlükəsizlik problemlərinə diqqət çəkib. Onun sözlərinə görə, bəzi yaşayış evlərində qazla işləyən su qızdırıcılarının quraşdırılması texniki tələblərə görə mümkün olmur: “Qazla işləyən su qızdırıcıları ilə elektriklə işləyən su qızdırıcılarının fərqi ondadır ki, bir çox evlərdə qazla işləyən su qızdırıcısının quraşdırılmasına texniki şərtlər imkan vermir. Hələ sovet dövründən müəyyən tələblər mövcuddur. Məsələn, su qızdırıcısı quraşdırılan otağın sahəsi azı 9 kvadratmetr, hündürlüyü isə 2,70 metr olmalıdır. Amma Xruşşovka layihəli binalarda, eləcə də bir çox həyət evlərində bu ölçülər təmin edilmir. Belə olan halda qazla işləyən su qızdırıcısını quraşdırmaq mümkün olmur və vətəndaş elektrikli variantdan istifadə etməyə məcbur qalır”.

Ekspertin sözlərinə görə, elektrikli su qızdırıcılarının istifadəsi də öz növbəsində əlavə təhlükəsizlik tədbirləri tələb edir: “Bir çox evlərdə elektrik naqilləri, avadanlıqlar, elektrik açarları, eləcə də transformatorlar bu cür yüklənməyə hazır deyil. Bu da yanğın təhlükəsi yarada bilər. Ona görə də əhali elektrikli su qızdırıcısı quraşdırarkən ilk növbədə təhlükəsizlik məsələlərinə diqqət yetirməlidir. Həmin cihaz üçün ayrıca elektrik xəttinin çəkilməsi və ayrıca avtomat açarın quraşdırılması vacibdir”.

Ə.Rəhmanov hesab edir ki, məsələnin digər mühüm tərəfi ölkənin elektrik enerjisi infrastrukturu ilə bağlıdır. Onun fikrincə, əhali arasında elektriklə işləyən istilik və su qızdırıcılarının istifadəsi artarsa, mövcud şəbəkənin bu yükü qarşılamaq imkanları da qiymətləndirilməlidir. “Əsas məsələ dövlətin quraşdırdığı elektrik ötürücü stansiyaların və ümumilikdə elektrik infrastrukturunun belə yüklənməyə hazır olub-olmamasıdır. Buna artıq Azərenerji cavab verməlidir”, – deyə ekspert bildirib.

Elektrikli kombilər qaz xətti olmayan evlər üçün müəyyən hallarda əlverişli alternativ sayıla bilər. Lakin onların qaz kombilərini kütləvi şəkildə əvəz etməsi təkcə cihazların qiymətindən və təhlükəsizliyindən asılı deyil. Burada elektrik enerjisinin tarifləri, mənzillərin texniki imkanları, transformatorların gücü və paylayıcı şəbəkələrin yükdaşıma qabiliyyəti də həlledici rol oynayır. Bir sözlə, qaz sərfiyyatını azaltmaq istəyən vətəndaşın bu dəfə elektrik hesabı ilə üz-üzə qalması mümkündür. Əsas sual isə açıqdır: elektrikli kombilərə maraq artarsa, Azərbaycanın elektrik infrastrukturu qış mövsümündə yaranacaq əlavə yükü qarşılamağa hazırdırmı?

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Noyabr 2026 08:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see305

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see298

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see295

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see280

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see279

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see273

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see264

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see261

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see261

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see245

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see234

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see224

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see223

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see220

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see218

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see216

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see209

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see208

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri