Qaz sayğacları niyə dəyişdirilir? “Azəriqaz” sayğaclara yeni cihaz quraşdıracaq
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Bizimyol.info xəbər verir ki, 2024-cü ilin sonlarından sayğacların dəyişdirilməsinə başlanılıb. Bir sıra abonentlər prosesi narazılıqla qarşılayır. Hətta sərfiyyatın artmasını iddia edənlər də az deyil. “Azəriqaz” bu iddialarla razılaşmır. İstehsalat Birliyindən bildirirlər ki, abonentin börc yükünün yaranması yalnız mexaniki sayğaclardan istifadədə mümkündür. Yəni qurumu ittiham etməyin yersiz olduğu qabardılır.
Mütəxəssislər sərfiyyatın süni artırılması ilə bağlı iddiaların yalnız laboratoriya şəraitində yoxlanma sayəsində təsdiqini tapa biləcəyini deyir. Ümumiyyətlə, məsələnin ciddi araşdırılmasına ehtiyac var.
“Azəriqaz”dan bildirilib ki, mexaniki sayğaclar da ağıllı qurğu mahiyyətini qoruyacaq: “2022-ci ildə qüvvəyə minmiş qanunvericiliyin tələblərinə əsasən istehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi nəzərdə tutulur. Hal-hazırda məişət tipli (mexaniki) qaz sayğaclarının üzərində pilot layihə olaraq smart-ötürücü qurğuların quraşdırılmasına başlanılmışdır. Bu səbəbdən Birlik tərəfindən artıq smart-kart tipli qaz sayğaclarının satınalınması həyata keçirilmir”.
İstehsalat Birliyinin əvvəlki açıqlamaları da yeni yanaşmanın tətbiqinə eyham vururdu. Hələ keçən ilin dekabrında mexaniki sayğaclara xüsusi cihazların quraşdırılmasından danışılırdı. Bu isə məsafədən oxunma, debitor borca görə avtomatik kəsilmə, eyni zamanda, debitor borc ödənilən kimi dərhal, avtomatik olaraq qazın verilişinin bərpasını özündə əks etdirir.
Ən əsas məsələ odur ki, abonentə daha keyfiyyətli xidmət göstərilsin. Eyni zamanda, qazdan istifadəçilərin borc yükünün artmaması arzuolunandır.
Aytən, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 18 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















