Icma.az
close
up
RU
Qazandıqları milyonları necə itirdilər? Məşhurların gizli həqiqəti

Qazandıqları milyonları necə itirdilər? Məşhurların gizli həqiqəti

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə həm Türkiyə, həm də dünya şou-biznesində məşhurların maliyyə problemləri tez-tez gündəmə gəlir. Bir vaxtlar böyük sərvətə sahib olan bu şəxslərin bəziləri müxtəlif səbəblərdən borc içində qalıb.
Demokrat.az xəbər
verir ki, azxeber.com bu məsələ iə ağlı apardığı araşdırmanı təqdim edir:
Türkiyə şou-biznesində maliyyə çətinliyi yaşayan məşhurların hekayələri bir-birinə bənzəyir. Buna uğursuz ticarət, qumar borcları və başqa səbəblər aid edilə bilər.
Qumar və nəzarətsiz xərclər deyəndə ilk ağıla gələn simaSerdar Ortaç olur. Uzun illər qumar səbəbilə böyük borclar yığdığını açıqlayan sənətçi, sərvətinin demək olar ki, hamısını itirib.

Mehmet Ali Erbil səhhətindəki problemlərə görə uzun müddət işləyə bilməyib və bu səbəblə sərvətinin böyük qisminin tükəndiyini açıqlamışdı. Onun gəlirinin əsas mənbəyi televiziya proqramları və şou layihələri olduğu üçün, ciddi sağlamlıq problemləri, uzun reabilitasiya dövrü səbəbilə uzun müddət ekranlardan uzaq qaldı. Bu da gəlirin kəsilməsinə gətirib çıxardı.

İbrahim Tatlıses sərvəti və biznesi ilə bu gün də gündəmdə olmasına baxmayaraq, bəzi biznes layihələrində zərər edərək maliyyə itkiləri yaşayıb. Musiqidən qazandığı pulları restoran və otel biznesi, media və televiziya layihələri, inşaat və daşınmaz əmlaka yatırım edən sənətçinin planları uğursuz olub. Onun açdığı restoranlar şəbəkəsinin böyük qismi oğlunun səhvi ucbatından bağlanıb. Bununla da sənətçi böyük pullar itirdiyini açıqlayıb.

Demet Akalın və Petek Dinçözə isə sevgi qurbanı demək olar.
Hər iki xanım müğənni həyat yoldaşlarının şəxsi və biznes problemləri səbəbilə maddi çətinliklərlə üzləşiblər. Hətta Demet Akalın həyat yoldaşı Okan Kurtun maliyyə problemlərinin ona təsir etməməsi üçün yalandan rəsmi olaraq ondan boşanıb. Petek Dinçöz isə keçmiş həyat yoldaşı ilə yollarını ayıran zaman onun borclarına ortaq olduğu üçün külli miqdarda pul ödəməli olub.

Yıldız Tilbe konsertləri ilə böyük pullar qazanan sənətçilərdəndir. Müğənni qazancını düzgün idarə edə bilmədiyini özü etiraf edərək sərvətinin olmadığını açıqlamışdı. Bu gün də anşlaqla keçən konsertlərinin olmasına baxmayaraq, sənətçi sərvətini daha çox xeyriyyə məqsədilə istifadə edir.

 

Dünya ulduzları arasında da oxşar həyatı yaşan və böyük maliyyə problemləri ilə üzləşən ulduzlar var. 
Lüks həyat tərzi və həddindən artıq lazımsız xərclər səbəbindən milyonlarla dollar qazansa da, iflas etdiyini açıqlayan boks dünyasının ulduzu Mayk Tayson buna ən yaxşı misaldır.  
Tayson iflas xəbərini 2003-cü ildə rəsmi olaraq məhkəmə qərarı ilə elan edib. Karyerası boyunca 300 milyon dollardan çox qazanc əldə etmiş idmançının 23 milyon dollar borcu var idi.

Hər bir ulduz günün birində səhnədən gedəcəyini düşündüyü üçün gələcək planlarında biznesə geniş yer verir. Amma yanlış investisiyalar səbəbindən bir çoxunun istəyi uğursuz olur. Aktyor Nicolas Cage daşınmaz əmlak və digər riskli yatırımlar səbəbilə böyük borclarla üzləşib və bir müddət böyük maliyyə problemləri yaşayıb. 

Maliyyə idarəetməsində problemlər xarici ulduzlarda da mövcud olduğundan reper MC Hammer şou-biznes tarixində ən məşhur maliyyə çöküşü yaşayan ulduzlardan biri hesab olunur. O, 13 milyon dollar borcu olduğunu deyərək rəsmi şəkildə müflis olduğunu açıqlamışdı. Böyük malikanə, lüks avtomobillər, şəxsi təyyarə və yüksək xərclər onun müflişməsinin əsas səbəbi kimi göstərilirdi.

2015-ci ildə reper "50 Cent", rəsmi iflas müraciəti edərək borclarının olduğunu elan etmişdi. O, borclarını tənzimləmək və maliyyə vəziyyətini yenidən qurmaq üçün atılan hüquqi addımlardan istifadə edəcəyini və 50 milyon dollar borcu olduğunu açıqlamışdı. 


Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 01 May 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri