Qazaxda fəaliyyəti qanunsuz bərpa edilmiş maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 27 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsini davam etdirir.
FHN-dən AZƏRTAC-a bildirilib ki, mayın 29-da agentliyin müfəttişləri tərəfindən Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşən fərdi sahibkar Bədəlov Vidadi Məmməd oğluna məxsus maye qazdoldurma məntəqəsində aparılan planlı yoxlama zamanı aşkar olunmuş pozuntular səbəbindən maye qazdoldurma məntəqəsinin istismarı dayandırılmış və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilmişdi.
Lakin sonradan pozuntular aradan qaldırılmadan məntəqənin fəaliyyətinin qanunsuz olaraq yenidən bərpa etməsi barədə daxil olmuş məlumata əsasən, Agentliyin müfəttişləri tərəfindən həmin ünvanda növbədənkənar yoxlama keçirilib və fakt təsdiqini tapıb.
Nəticədə, nöqsanların aradan qaldırılması məqsədilə Agentliyin müfəttişləri tərəfindən məntəqə sahibi üçün yenidən əlavə müddət müəyyənləşdirilib və müvafiq akt tərtib olunub. Eyni zamanda, aşkar edilmiş pozuntuların göstərilən müddət ərzində aradan qaldırılmadığı təqdirdə qanunvericiliyin tələblərinə uyğun daha sərt tədbirlərin tətbiq olunacağı ilə bağlı sahibkara xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 27 Dekabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















