Icma.az
close
up
RU
Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib FOTO

Qazaxda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyinə həsr olunmuş tədbir keçirilib FOTO

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qazax, 9 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC

Qazax Rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 56 illiyi ilə əlaqədar “Böyük tarixi missiyanın başlandığı gün” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Ulu Öndərin həyat və siyasi fəaliyyətini özündə əks etdirən kitablardan ibarət sərgi nümayiş etdirilib. “Müstəqil dövlətçilik ənənələrimizin təməlində Ulu Öndər Heydər Əliyev dayanır” adlı film nümayiş olunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova bildirib ki, dahi siyasi liderimiz öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaradıb.

“Məhz buna görə Ümummilli Liderin xalqa xidmətdə keçən mənalı və ibrətamiz ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. Bugünkü tədbir də siyasi əhəmiyyəti ilə önəmli tarixi hadisələrdən olan 14 iyul 1969-cu ildə Heydər Əliyevin Azərbaycanda rəhbərliyə başlamasının 56-cı ildönümünə həsr edilib. Müasir Azərbaycanın bugünkü sosial-iqtisadi inkişafının əsası məhz elə həmin tarixdən başlanır. Doğrudan da xalqımızın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublikada 250-dən çox zavod, fabrik və digər istehsal müəssisələri istifadəyə verildi, yeni yaşayış binaları, yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikildi. Bakının ətrafında yeni mikrorayonlar, yaşayış massivləri salındı, rayonlarda tikinti, quruculuq və abadlıq işləri aparıldı, məktəblər, səhiyyə ocaqları, mədəniyyət mərkəzləri, binalar tikilib istifadəyə verildi, istehsal sahələri, sənaye müəssisələri yaradıldı. Azərbaycan aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevrildi. Azərbaycan elm və təhsilin inkişaf dövrünü yaşadı, ana dilimizin inkişafı xüsusi diqqət mərkəzində oldu. Azərbaycan dünya səviyyəsində tanındı. Heydər Əliyevin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, təkcə müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmədi, həm də müstəqil milli dövlətçiliyin əsasını qoydu, yeni idarəçilik formalaşdırdı”, - deyə Ceyhunə Hüseynova vurğulayıb.

Tədbirdə digər çıxış edənlər 14 iyul 1969-cu il tarixinin Azərbaycanın yeni həyatında müstəsna yeri olduğunu bildiriblər. Qeyd edilib ki, respublikamızın mədəni, iqtisadi yüksəlişində, xalqımızın rifah halının yaxşılaşdırılmasında, indiki müstəqil dövlətimizin təməlinin qoyulmasında həmin günün böyük əhəmiyyəti olub. Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçilməsi ilə ölkənin həyatında yeni dövr başlandı. Məhz həmin tarixdən respublika bütün sahələr üzrə köklü islahatlar və sürətli inkişaf yoluna qədəm qoydu. Nəticədə ən geridə qalmış respublikadan ən qabaqcıllar səviyyəsinə qalxan və sürətli inkişaf yolu keçən Azərbaycan keçmiş ittifaqın inkişaf etmiş respublikasına çevrildi. Ölkənin hər yerində infrastruktur layihələr həyata keçirildi ki, bu layihələr bu gün müstəqil Azərbaycanın inkişafına xidmət edir. Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu inkişaf strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Ən başlıcası isə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunub.

Tədbirdə Şəfəq Ləzgiyeva “Ulu bir sərkərdə, Ulu bir öndər” şeirini səsləndirib. Qazax Rayon MKS-nin əməkdaşlarının təqdimatında Ulu Öndər Heydər Əliyevin müdrik kəlamlarından ibarət kompozisiya təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri