Icma.az
close
up
RU
Tovuzda ulu öndər Heydər Əliyevin səhiyyə sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib

Tovuzda ulu öndər Heydər Əliyevin səhiyyə sahəsində xidmətlərinə həsr olunmuş tədbir keçirilib

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Tovuz rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı və Tovuz rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə Ulu Öndərdən bu günə: “Heydər Əliyev siyasətinin səhiyyədə davamı" mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon İcra Hakimiyyətinin başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Təranə Bayramova, “Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov və rayonun səhiyyə işçiləri iştirak ediblər.

Tədbirdən öncə Tovuz şəhərində yerləşən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Azərbaycan səhiyyəsinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda videoçarxa baxış keçirilib.

YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov çıxışında bildirib ki, müstəqil Azərbaycanda bütün sahələrdə əldə olunan inkişafın təməli Heydər Əliyevin ikinci dəfə respublikamıza rəhbərliyə başladıqdan sonra qoyulduğunu, həm də Azərbaycan səhiyyəsinin yüksəlişinin banisi olduğunu, Azərbaycan səhiyyəsində əldə edilmiş nailiyyətlərin bir mənalı surətdə Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq bildirib ki, bu gün biz məmnunluq hissi ilə qeyd eləməliyik ki, Heydər Əliyevin sosial siyasəti ötən 30 ildən artıq dövrdə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilib. Səhiyyədə əldə edilən uğurlarda, dövlət proqramlarının reallaşdırılmasında, tibb ocaqlarının yenidən qurulmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu söyləmişdir.

RİH başçısının müavini Təranə Bayramova çıxışında bildirib ki, ölkəmizdə səhiyyənin inkişafı və peşəkar tibbi kadrların hazırlanması Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin bilavasitə rəhbərliyi ilə ölkənin səhiyyə sistemində ardıcıl və məqsədyönlü işlər görüldü, islahatlar aparıldı. Ölkə rəhbərliyi tərəfindən aparılan Aparılan islahatlar, eləcə də beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilən genişmiqyaslı təşkilati və müalicə-profilaktika tədbirləri nəticəsində ölkədə xəstələrin sayı kəskin surətdə azalıb. Məhz bu islahatlar sayəsində respublikada uzunömürlülük və reprodiktivlik göstəriciləri xeyli yaxşılaşıb, həyat keyfiyyətinin yaxşılaşdırılması tempinə görə isə Azərbaycan haqlı olaraq dünyanın qabaqcıl ölkələri sırasında olduğunu bildirmişdir.

“Tovuz rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Paşa Muradov çıxışında ulu öndər Heydər Əliyevin səhiyyə sahəsində göstərdiyi misilsiz xidmətlərin davam etdirilməsi mövzusunda keçirilən tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir. Tovuz rayon Mərkəzi Xəstəxanası olaraq əsas məqsədimiz vətəndaşlara ən yüksək səviyyədə tibbi xidmət göstərməkdir. Ulu Öndərin səhiyyə sisteminin inkişafına verdiyi töhfələr bizim fəaliyyətimizin təməl daşıdır. Onun rəhbərliyi altında yaradılan müasir səhiyyə infrastrukturu, kadr hazırlığı və dövlət dəstəyi hazırda Prezident İlham Əliyevin siyasəti ilə daha da gücləndirilir. Bu gün rayonumuzda fəaliyyət göstərən tibb müəssisələrimiz müasir standartlara cavab verir və bu, hər birimizin üzərinə düşən məsuliyyəti daha da artırır. Biz tibb işçiləri olaraq, bu yüksək etimadı doğrultmaq üçün gecə-gündüz çalışır, insanların sağlamlığının keşiyində dururuq. İnanıram ki, aparılan islahatlar sayəsində səhiyyəmiz daha da inkişaf edəcək və gələcək nəsillərimiz sağlam və firavan həyat yaşayacaq.”

Digər çıxışçılar – Ginikologiya və doğum şöbəsinin Həkim mama-ginikoloqu Səadət Seyidova, Uşaq şöbəsinin şöbə müdiri Aybəniz Dəmirova, Alakol kənd həkim məntəqəsənin müdiri Telman Cəfərov və Dondar Quşçu kənd həkim məntəqəsinin müdiri Zirəddin Tağıyev cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda səhiyyə sahəsində aparılan islahatlardan görülmüş işlərdən yeni səhiyyə ocaqlarının istifadəyə verilməsindən səhiyyə işçiləri üçün yaradılan şəraitdən və vətəndaşların sağlamlığına göstərilən qayğıdan danışıb və bunun Azərbaycanın həm bügünkü, həmdə gələcək nəsillərin sağlamlığının təminatı olduğunu bildiriblər.

YAP Tovuz rayon təşkilatının fəaliyyətində aktiv iştirakına görə bir qrup səhiyyə işçilərinə fəxri fərman təşəkkürnamələr və hədiyyələr təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə sona çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 İyun 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see226

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see218

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Rüşvətdə ittiham olunan Səhiyyə Nazirliyinin vəzifəli şəxslərinin məhkəməsi başladı

06 Noyabr 2025 14:47see173

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see146

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see144

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see135

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see134

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see133

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see132

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see125

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see125

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see124

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see123

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see123

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see122

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri