Icma.az
close
up
RU
Qazaxıstalı nazir qlobal iqlim probleminin həlli yolundan danışdı

Qazaxıstalı nazir qlobal iqlim probleminin həlli yolundan danışdı

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Bu gün qlobal iqlim probleminin həlli yolunda əsas məsələ iqlim maliyyələşdirilməsinin məqsəd və mexanizmlərinin müəyyən edilməsidir".

Bunu "Report"a açıqlamasında Qazaxıstanın ekologiya və təbii sərvətlər naziri Yerlan Nısanbayev bildirib.

"Ümumi bir həll tapmalı olduğumuz əsas məsələ iqlimin maliyyələşdirilməsidir. Ciddi maliyyə dəstəyi olmasa, tullantıların azaldılması üzrə bütün tədbirlərimiz səmərəliliyini itirir", - o qeyd edib.

Nazirin sözlərinə görə, bir çox inkişaf etməkdə olan ölkələr artıq emissiyaların azaldılması ilə bağlı öhdəliklər götürüblər, o cümlədən Qazaxıstan ötən il metan tullantılarını azaltmağı öhdəsinə götürüb: "Lakin maliyyələşmə məsələsində müəyyən irəliləyişlərə baxmayaraq, onun məbləği hələ də yetərli deyil".

Nazir COP29 konfransının sonuna kimi bu məsələ ilə bağlı yekun qərarların qəbul olunacağına ümid etdiyini bildirib: "Çünki maliyyə mexanizmləri olmadan bütün vədlər yalnız kağız üzərində qalmaq riski ilə üzləşəcək. Bu, təməl daşıdır, onsuz dediyimiz və planlaşdırdığımız hər şey deklarativ xarakter daşıyır".

Onun sözlərinə görə, iqlim dəyişikliyi problemi bir ölkə və ya region səviyyəsində həll oluna bilmədiyi üçün bütün ölkələrin birgə fəaliyyətini tələb edir.

"Bütün dövlətlərin fəaliyyətini sinxronlaşdırmaq lazımdır. Yalnız bu yolla istədiyimiz nəticəni əldə edə bilərik. Əks halda, parça-parça tədbirlər uğursuzluğa məhkumdur", - o əlavə edib.

Y.Nısanbayev Azərbaycanın COP29-a ev sahibliyi etməyə hazırlığını da yüksək qiymətləndirərək, qısa müddətdə tədbirin ən yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri