Qazaxıstan ilə Çin arasında dəmir yolu yükdaşımaları illik artım göstərir
Icma.az, Avtosfer saytına istinadən bildirir.
Sian şəhərindəki yeni Qazaxıstan-Çin terminalı istifadəyə verildiyi gündən əhəmiyyətli nəticələr göstərir.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, bu gün terminalın gücü ildə 133 min TEU təşkil edir. Son bir ildə bu mərkəz vasitəsilə tranzit daşımaların həcmi 276 min tonu ötüb. 2025-ci il üçün planlara 456 min ton daşıma daxildir.
Qeyd olunur ki, ümumilikdə, 2024-cü ildə Sian Quru Limanından Çin-Avropa istiqamətinə beş mindən çox qatar göndərilib ki, bu da tarixi rekorda çevrilib. Həmçinin marşrut üzrə bütün daşımaların 25 faizini təşkil edir.
TITR marşrutunun əsas qovşağı kimi Sian şəhərində birgə yük terminalının fəaliyyəti sayəsində keçən il daşımaların həcmi 33 dəfə artıb.
Ümumilikdə, Qazaxıstan ilə Çin arasında dəmir yolu yükdaşımaları illik artım göstərir. Məlumatda deyilir:
“Birgə layihə Qazaxıstan istiqamətində hərəkət edən bütün konteyner qatarlarının 40 faizə qədərini birləşdirən Sian quru limanında Qazaxıstan-Çin terminalı yüklərin həcminin artırılmasında mühüm rol oynayır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 06 Mart 2025 20:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















