Qazaxıstan ilkin hesabatdan əvvəl AZAL ın təyyarəsinə dair rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 25-də AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdıran Komissiya internetdə bununla bağlı rəsmi mənbələrə əsaslanmayan versiyaları şərh etməyəcək.
APA xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
O da vurğulanıb ki, sözügedən komissiya ilkin hesabatı ölkənin qanunvericiliyinin tələblərinə və Beynəlxalq Mülki Aviasiya Təşkilatının 13 saylı əlavəsinə əsasən açıqlayacaq.
Nazirlikdən sözügedən komissiyanın hazırda fəaliyyətini davam etdirdiyi də bəyan olunub.
Qeyd edək ki, AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer” tipli təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. İlkin qiymətləndirmələrə görə, təyyarə Rusiyanın hava məkanında vurulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 16 Yanvar 2025 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















