Qazaxıstan müdafiə nazirinin müavini ilə Bakıda görüş keçirilib
Ses qazeti saytına istinadən Icma.az xəbər verir.
Aprelin 16-da müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə SİA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər. Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mətləb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 17 Aprel 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















