Icma.az
close
up
RU
Bakıda Qazaxıstan mədəniyyəti ongünlüyü keçirilib

Bakıda Qazaxıstan mədəniyyəti ongünlüyü keçirilib

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

5-16 dekabr tarixlərində Qazaxıstanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Bakıda Qazaxıstan mədəniyyəti ongünlüyü keçilib. 

525.az səfirliyə istinadən xəbər verir ki, ölkənin kino, teatr və kreativ layihələr sahəsindəki nailiyyətləri, beynəlxalq səviyyədə tanınmış tammetrajlı filmlər, musiqili drama və oyun tərtibatları təqdim olunub.

Tədbirlərin bir hissəsi mədəniyyət və kreativ sənayelər sahəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) əsas tədbirlərindən biri olan “Baku Creative Week – 2025” genişmiqyaslı beynəlxalq festivalı çərçivəsində baş tutub.

Qazaxıstan kino günləri çərçivəsində “Mereke”, “Nabat” əməliyyatı”, “Jabayı” və “Mənim adım Kojadır” adlı filmlər nümayiş olunub. Nümayişlərdən sonra tamaşaçılar filmlərin bədii və mədəni aspektlərini Qazaxıstan nümayəndə heyəti ilə, o cümlədən aktyor Baxıt Hacıbayev və ssenarist Tamerlan Almanovla müzakirə etmək imkanı əldə ediblər.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Astana şəhəri Akimatının Gənc Tamaşaçılar Musiqili Teatrının ifasında “Amre” musiqili dramının nümayişi olub. Tamaşa görkəmli qazax müğənnisi Amre Kaşaubayevin Parisdə keçirilmiş “EKSPO” Ümumdünya Sərgisində çıxışının 100 illiyinə həsr olunub.

G-HUB sammiti çərçivəsində keçirilən Turkic Game Jam 2025-in finalında Almaty Creative Hub-da baş tutmuş Almatı hakatonunun qaliblərinin layihələri təqdim edilib. Murakami Kult və Teqesh komandaları öz oyun tərtibatlarını 50-dən çox ölkədən olan beynəlxalq münsiflər heyətinə və ekspertlərə nümayiş etdirərək Almatının oyun sənayesinin yüksək inkişaf səviyyəsini təsdiqləyiblər.

İştirakçıların xüsusi diqqətini qazaxıstanlı qadın sahibkarların və dizaynerlərin rəqəmsallaşma, innovasiyaların tətbiqi, gənclərin dəstəklənməsi və mədəni sahibkarlığın inkişafı məsələlərini müzakirə etdiyi Women’s Creativity Forum cəlb edib.

Həmçinin Azerbaijan Fashion Week moda nümayişi təşkil olunub. Qazaxıstanı kolleksiyaları ilə proqramda nəzərəçarpacaq yer tutan dizaynerlər Aliya Juman və Timur Tursunkulov təmsil ediblər.

Ongünlüyün sonunda Kurmanbek Jandarbekov adına Jetısay Dram Teatrının kollektivi Bakı sakinlərinə ev heyvanı ilə onun sahibi arasında mənəvi bağlılıqdan bəhs edən tragikomediyası olan “Mənim dostum” pyesini təqdim edib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri