Qazaxıstan mühüm tədbirə ev sahibliyi edəcək
Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan, Rusiya və Belarus fövqəladə hallar nazirliyinin birgə kollegiya iclası 2027-ci ildə Qazaxıstanda keçiriləcək.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstan fövqəladə hallar nazirliyinin rəhbəri Murat Muxanov Nesvijdə keçirilən üç ölkənin xilasetmə qurumlarının birgə kollegiyasının iclasından sonra bildirib.
Belarus Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti Murat Muxanovun sözlərini sitat gətirib:
"İl ərzində ölkələrimiz arasında çoxsaylı əməkdaşlıq məsələlərini həll etdik və bir sıra səmərəli birgə tədbirlər həyata keçirdik. Gələn il birgə şuranın nümayəndələrini Qazaxıstanda qəbul edəcəyik".
Bundan əvvəl Belarus, Qazaxıstan və Rusiya fövqəladə hallar nazirliklərinin rəhbərləri Vadim Sinyavski, Murat Muxanov və Aleksandr Kurenkov birgə kollegiya iclasından sonra xilasetmə qurumları arasında əməkdaşlığı müəyyən edən yekun sənədləri imzalamışdılar.
İclas iştirakçıları həmçinin 2027-ci il üçün birgə iş planını təsdiqləmişdilər.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 22 Sentyabr 2026 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















