Icma.az
close
up
RU
Qazaxıstan neftinin tədarükündə yaranan problem fonunda Rumıniya strateji ehtiyatlardan istifadə edə bilər

Qazaxıstan neftinin tədarükündə yaranan problem fonunda Rumıniya strateji ehtiyatlardan istifadə edə bilər

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstandan xam neft nəqlində yaranan fasilələr səbəbindən Rumıniya daxili bazarda sabitliyi qorumaq üçün dövlətin strateji neft ehtiyatlarını dövriyyəyə buraxmaq məcburiyyətində qala bilər.

XQ Rumıniyanın "Antena 3 CNN" telekanalına istinadən xəbər verir ki, yaranmış kritik vəziyyətlə bağlı Baş nazir İlie Bolojan enerji sektorunun aparıcı şirkətlərinin rəhbərləri ilə təcili müşavirə keçirəcək.

Məlumata görə, Rumıniya hökuməti ölkənin enerji təhlükəsizliyini təmin etmək, yanacaq bazarında yarana biləcək kəsri və kəskin qiymət artımını önləmək məqsədilə fövqəladə tədbirlər planını nəzərdən keçirir. Təcili görüşün gündəliyinə strateji ehtiyatlardan istifadə mexanizmləri, alternativ nəql marşrutlarının tapılması və neft emalı zavodlarının iş ahənginin pozulmaması kimi mühüm məsələlər daxil edilib.

Qeyd edək ki, Buxarest xam neft idxalında əhəmiyyətli dərəcədə Qazaxıstan resurslarından asılıdır. Qazaxıstan neftinin Qara dəniz marşrutu vasitəsilə daşınmasında yaşanan problemlərin uzanması ölkənin iki böyük emal müəssisəsinin – "Petromidia" və "Petrobrazi" zavodlarının fəaliyyətini risq altına ala bilər. Bu isə daxili bazarda yanacaq təklifinin kəskin azalmasına və qiymətlərin bahalaşmasına zəmin yaradır.

Rəsmi dairələr hazırda yanacaq təchizatında hər hansı kəsintinin olmadığını və vəziyyətin tam nəzarətdə saxlanıldığını bildirirlər. Lakin böhran dərinləşəcəyi təqdirdə, dövlətin strateji neft ehtiyatlarının bazara çıxarılması ən real çıxış yolu kimi dəyərləndirilir.

Baş nazir İlie Bolojanın keçirəcəyi müzakirələrdə idxal mənbələrinin şaxələndirilməsi, yeni tədarük zəncirlərinin qurulması və istehlakçıların maraqlarının qorunması istiqamətində əməli addımların atılacağı gözlənilir. Hökumət prosesləri yaxından izlədiyini və lazımi an müvafiq qərarların veriləcəyini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see367

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see366

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see357

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see355

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see350

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see335

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see334

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see318

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see316

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see314

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see303

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see300

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see294

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see284

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see281

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see269

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see265

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see252

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see215

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri