Qazaxıstan öz neftinin Bakı Tiflis Ceyhanla nəqlinin bərpa olunmasını istəyir
Icma.az, Hurriyyet saytına istinadən bildirir.
Qazaxıstan öz neftinin Bakı-Tiflis-Ceyhan neft kəməri ilə nəqlinin bərpası ilə bağlı Bakı ilə danışıqlar aparır.
Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov deyib: "Bakı-Tiflis-Ceyhanla bağlı operatorun orada hər hansı üzvi xlor birləşmələrinin olduğuna dair heç bir rəsmi açıqlama görmədim, lakin bu barədə xəbər lentlərindən öyrəndim. Təchizatın dayandırılması ilə bağlı mesaj var idi. Amma mən bilirəm ki, indi KazMunayQaz Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan marşrutu ilə ixracının mümkün olan ən tez bərpa imkanı ilə bağlı danışıqlar aparır".
Qeyd edək ki, BTC ilə Qazaxıstan neftinin nəqli iyunun sonlarında – kəmərlə çatdırılan neft partiyalarında təhlükəli xlor birləşmələri aşkarlandıqdan sonra dayandırılıb.
Məlumdur ki, bir neçə Avropa ölkəsinə çatdırılan Azərbaycan neftinin tərkibində qeyd olunan zərərli maddə aşkarlanıb. Avropa mətbuatı neftin qəsdən Rusiya tərəfindən çirkləndirildiyinə dair materiallarla çıxış edib.
Musavat.com


