Qazaxıstan Prezidenti BMTdə islahata ehtiyacı olduğunu bildirib AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Birləşmiş Millətlər Təşkilatının (BMT) universal bir birlik kimi alternativinin olmadığını, lakin onun islahata ehtiyacı olduğunu bildirib.
“Report” xəbər verir ki, bu barədə Tokayev Qətərin paytaxtı Doha Forumunda moderatorun suallarını cavablandırarkən deyib.
“BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Böyük güclər, təəssüf ki, qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır”, - deyə o bildirib.
Qazaxıstan lideri qeyd edib ki, böyük dövlətlər arasında körpülər qurulmalıdır, onların olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:
“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühüm rol oynaya bilər” - deyə, o, bildirib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 07 Dekabr 2024 22:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















