Qazaxıstan Prezidenti Putinə zəng etdi
Icma.az, Sherg.az saytına istinadən bildirir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb.
Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçıları ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə edib, Qazaxıstan və Rusiya arasında əməkdaşlığın strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda ardıcıl inkişaf etdiyini bildiriblər”, - məlumatda deyilir.
Kasım-Jomart Tokayev və Vladimir Putin ticari-iqtisadi, o cümlədən enerji, sənaye və nəqliyyat sahələrində əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsini nəzərdən keçiriblər. Mədəni-humanitar əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirilib.
Söhbətdə Qazaxıstan Prezidentinin Rusiyaya dövlət səfərinə hazırlığın gedişi müzakirə olunub.
Tərəflər həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 26 Sentyabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















