Qazaxıstan Prezidenti tariflərlə bağlı Donald Trampa məktub ünvanlayıb
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 10 iyul, AZƏRTAC
Prezident Kasım-Jomart Tokayev ABŞ-a tədarük edilən Qazaxıstan məhsullarına tətbiq edilən rüsumlarla bağlı Donald Trampa cavab məktubu göndərib. AZƏRTAC bu barədə “Kazinform” agentliyinə istinadla xəbər verir.
Dövlət başçısı məktubunda qeyd edib ki, Qazaxıstan ABŞ-ın uzunmüddətli ticarət və investisiya tərəfdaşı kimi ədalətli, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı ticarət əlaqələrinin inkişafına sadiq qalır.
Qazaxıstan Prezidenti qarşılıqlı ticarət məsələlərinin rasional həlli yollarını hazırlamaq üçün konstruktiv dialoqu davam etdirməyə hazır olduğunu təsdiqləyib. O, ticarət məsələlərində kompromis əldə olunacağına əminliyini ifadə edib.
Daha əvvəl xəbər verildiyi kimi, ABŞ Prezidenti Donald Tramp 2025-ci il avqustun 1-dən etibarən Qazaxıstandan Birləşmiş Ştatlara göndərilən bütün məhsullara sektor tariflərinin cəmindən ayrı olaraq 25 faizlik rüsum tətbiq edəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 10 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















