Qazaxıstan və Çin “ağıllı gömrük” layihəsinə başlayıb
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstan-Çin iqtisadi əməkdaşlığının gücləndirilməsi çərçivəsində “Baktı (RK) – Pokitu” (ÇXR) sərhəd-keçid məntəqələrində “ağıllı gömrük” layihəsinin icrasına başlanılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu təşəbbüsün mühüm elementlərindən biri gömrük logistikasının səmərəliliyinin artırılmasına və rəqəmsallaşmaya yönəlmiş avtonom yük daşımalarının həyata keçirilməsidir.
Bu məqsədlə Qazaxıstan Respublikası Dövlət Gəlirləri Komitəsinin sədri Jandos Duysembiyev və Taçenq şəhəri partiya komitəsinin katibi Çji Syanveynin sərhəddə görüşüb.
Tərəflər əməkdaşlıq müqaviləsi imzalayıblar. Buna əsasən, bu layihənin birgə həyata keçirilməsi, o cümlədən gömrük və logistika proseslərinin rəqəmsallaşdırılması sahəsində fəaliyyətlərin əlaqələndirilməsi və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Vens: Çin ağıllı davranmasa, Tramp...
13 Oktyabr 2025 07:01
ABŞ Çin və Rusiya “ağıllı” avtomobillərini qadağan etdi
14 Yanvar 2025 18:35
Çin Azərbaycanda ağıllı layihələrə investisiya yatıra bilər
23 Sentyabr 2025 11:06
Qazaxıstan və Çin taxıl qovşağı qurmaq istəyir
15 Avqust 2025 21:12
Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar
18 Oktyabr 2025 06:32
Baxış sayı:110
Bu xəbər 23 İyul 2025 23:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















