Qazaxıstan vətəndaşları “WhatsApp” hesablarının yeni üsulla ələ keçirilməsi barədə xəbərdar edilib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Astana, 27 dekabr, AZƏRTAC
Qazaxıstanın Baş Prokurorluğu ölkə vətəndaşlarını “WhatsApp” mesenceri ilə bağlı yeni kibertəhlükə barədə xəbərdar edib.
AZƏRTAC qurumun mətbuat xidmətinə istinadla xəbər verir ki, xarici mənbələrin məlumatına görə, kiberdələduzlar “WhatsApp” hesablarının ələ keçirilməsi üçün yeni üsuldan istifadə etməyə başlayıblar. “GhostPairing” adlanan bu üsul parolların sındırılmasını, SIM-kartların dəyişdirilməsini və ya mürəkkəb texniki hücumları tələb etmir. Cinayətkarlar “WhatsApp”da əlavə cihazların qoşulması funksiyasını aktiv edərək, hesablara qanuni şəkildə giriş əldə edirlər.
Ssenari sadədir: istifadəçiyə “Facebook” və ya “WhatsApp” adından göndərilmiş kimi təqdim olunan mesaj daxil olur və həmin mesaj onu vizual olaraq “Facebook” və “WhatsApp” interfeysini təqlid edən saxta internet səhifələrinə yönləndirir.
Saxta sayt kontentə girişin təsdiqi adı altında istifadəçidən telefon nömrəsini və təsdiq kodunu daxil etməyi tələb edir. Bundan sonra dələduz avtomatik olaraq qurbanın “WhatsApp” hesabına etibarlı cihaz kimi əlavə olunur və tam giriş imkanı əldə edir. Bununla da mesajları oxumaq, mediafayllara və kontaktlara baxmaq, mesajlar göndərmək, həmçinin fotoqalereyaya çıxış imkanı yaranır. Eyni zamanda, telefon adi rejimdə işləməyə davam edir və istifadəçidə şübhə yaratmır.
“WhatsApp” hesabının ələ keçirildiyini müəyyən etməyin yeganə yolu “Əlaqələndirilmiş cihazlar” bölməsini yoxlamaqdır. Bu bölmədə naməlum cihazın görünməsi hesabın başqası tərəfindən idarə edilə biləcəyini göstərir və həmin qoşulma dərhal silinməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 27 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















