Qazaxıstan vətəndaşlarının təxliyəsinə görə Azərbaycana minnətdardır
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) İrandan qazaxıstanlıların təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdardır.
Bunu “Report”un yerli bürosuna Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
"Son iki gün ərzində altı Qazaxıstan vətəndaşı azərbaycanlı həmkarların köməyi ilə İrandan Azərbaycan vasitəsilə təxliyə edilib. Daha 68 Qazaxıstan vətəndaşı türkmən həmkarların köməyi ilə İrandan təxliyə edilib. Biz azərbaycanlı və türkmən həmkarlarımıza bu məsələdə göstərdikləri yardıma görə minnətdarlığımızı bildiririk", - o vurğulayıb.
A.Smadiyarov vurğulayıb ki, bir gün ərzində bu qədər insanı belə gərgin şəraitdə təxliyə etmək böyük səy tələb edib.
O, həmçinin bildirib ki, məlumatlara əsasən, İranda 132, İsraildə isə 219 qazaxıstanlı var: "Qazaxıstan XİN İsrail və İran arasında gərginliyin artdığı zonada vəziyyəti izləyir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 16 İyun 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















